19:28 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda qaz hasilatının müxtəlif mənbələr hesabına daha da artırılması müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:27 26.10.2021

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bir neçə il bundan öncə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsini icra etmiş Qordon Birrelli səmimi salamlayan R.Abdullayev onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.

Görüşdə SOCAR və BP tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub. Abşeron yarımadasının dayazsulu hissəsində aparılan kəşfiyyat qazmasının gedişatı, həmçinin Azərbaycanda qaz hasilatının müxtəlif mənbələr hesabına daha da artırılması, yerli və qlobal qaz bazarının artan tələbatının ödənilməsində bunun əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. BP-nin vitse-prezidenti təmsil etdiyi şirkətin Azərbaycanın neft-qaz sektorunda hələ uzun müddət fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP ilə həyata keçirilən birgə layihələrin inkişaf etdirilməsi əzmindən söz açıb, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının dövlət və şirkət üçün prioritet olduğunu vurğulayıb.

Tərəflər hazırkı mərhələdə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində aparılan hasilat-istismar işlərinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb, yeni inşa olunmuş ACE özülünün yaxın aylarda dənizə yola salınması məsələsini müzakirə ediblər. Eyni zamanda, qonaqlara SOCAR-da istismar müddəti başa çatan dəniz özüllərinin davamlığını və texniki göstəricilərini artırmaq məqsədilə tətbiq olunan yeni texnoloji həllər haqqında məlumat verilib, qeyd edilib ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpa olunan mənbələr hesabına təminatı imkanlarını araşdırır. Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM