19 May 2012 01:05
438
PARLAMENT
A- A+

Azərbaycanda Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı qanun hazırlanacaq

 

Bu barədə APA-ya Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması ilə əlaqədar ilk olaraq Milli Məclisin komitələrində işçi qrupları səviyyəsində məsləhətləşmələr aparılacaq: "Hazırda proses bu mərhələdədir. Qanun layihəsinin nə zaman qəbul olunacağını deyə bilmərəm. Amma Azərbaycan parlamentinin və hökumətinin bu qanunu qəbul etmək üçün siyasi iradəsi ortadadlr".  B.Muradova deyib ki, hələlik bununla bağlı fikir mübadiləsi gedir. Qanunda təkcə itkin düşən şəxslərin axtarılması deyil, onların ailələrinin sosial müdafiəsi, psixoloji problemlərin aradan qaldırılması, identifikasiya, itkin düşən şəxslərin qohumlarının qan bankının yaradılması kimi məsələlər əksini tapacaq: "İdentifikasiya itkin düşən şəxslərin axtarılması üçün çox önəmlidir. Qan bankının yaradılması üçün isə ailələrin razılığı və prosedur qaydaları olmalıdır. Ona görə də məsləhətləşmələr aparılır. Hesab edirəm ki, bu, çox vacib bir sənəd olacaq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video