16 Oktyabr 2021 20:59
567
A- A+

Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri Şıxarx qəsəbəsində xatirə ağacları əkiblər  

 

Oktyabrın 16-da Şıxarx qəsəbəsində Azərbaycandakı diplomatik korpusun nümayəndələri xatirə olaraq 150 şam ağacı əkiblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ərazi haqqında məlumat verib.

Bildirib ki, 1978-ci ildə ermənilər buraya gəlmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi başlanıb. Münaqişə dövründə, yəni, 1991-1992-ci illərdə bu abidə ermənilərin özləri tərəfindən dağıdılıb. Biz bu ərazini bərpa edib gələcək nəsillərə ötürəcəyik. Qoy onlar bilsinlər ki, ermənilər buraya köçürülüblər, buranın sakinləri olmayıblar. Onlar buraya İranın Marağa kəndindən köçürülüblər və ona uyğun olaraq da buranın adını Marağa qoyublar. Azərbaycan Ordusu qəsəbəni erməni işğalçılarından təmizlədikdən sonra buranın adı dəyişdirilib. Burada Vətən müharibəsi şəhidlərinin hər birinin adına meyvə ağacı əkilib.

Sonra səfər iştirakçıları ağac əkiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video