10:29 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan yanğınsöndürənləri Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün fədakarlıqla çalışırlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:22 31.07.2021

 

Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri fədakarlıq göstərirlər.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, hazırda Azərbaycan yanğınsöndürənləri Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almağa çalışırlar. Bu bölgə hazırda yanğının ən qaynar məntəqələrindən sayılır. Türkiyə vaxtı ilə saat 11 radələrində bu məntəqədəki yanğın Marmaris-Datca magistralına qədər genişlənib. Magistralda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, 100 yanğınsöndürəndən ibarət birinci qrup iyulun 30-da qardaş ölkəyə göndərilib. Qrupun üzvlərinin hamısı peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Hazırda hadisə yerində helikopterlər yanğının məhdudlaşdırılması üçün yanğın nöqtələrinə havadan intensiv şəkildə su buraxırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM