27 Dekabr 2011 02:12
396
İQTİSADİYYAT
A- A+

Azərbaycan xalqı gələcəyə nikbin baxır

 

Bunu "Gallup İnternational" şirkətinin sorğusunun nəticələri də göstərir

 

Mətbuatda məlumat verildiyi kimi, "Gallup İnternational" şirkətinin apardığı "Qlobal Ümid və Ümidsizlik Barometri" sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə sırasında 8-ci yeri tutub.

"Gallup İnternational" dünyanın ən nüfuzlu araşdırma və sorğu şirkətlərindən biridir. O, 60 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyada sosial, siyasi, iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biri kimi tanınıb. "Qlobal Ümid və Ümidsizlik Barometri" hesabatı isə 1977-ci ildən başlayaraq ildə bir dəfə hazırlanır.

Son illərdə Azərbaycanın qazandığı nailiyyətlərin dünyanın nüfuzlu maliyyə qurumları və institutları, araşdırma və sorğu şirkətləri tərəfindən dəfələrlə yüksək qiymətləndirilməsi təsadüfi deyil. Çünki bu gün ölkəmiz dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək haqlı olaraq islahatçı ölkə kimi tanınır. Burada neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artır.

Bu ilin sonunda Azərbaycanın inkişaf etməkdə olan ölkələr qrupu üzrə 8-ci yeri tutması bir daha göstərir ki, burada əhali gələcəyə ümid bəsləyir, növbəti ildə insanların rifahının daha da yüksələcəyinə inanır və qarşıdakı dövrə nikbinliklə baxır. Bundan əlavə, Azərbaycan 2011-ci ildə də ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ön sıralardan birindədir. Araşdırmalar eyni zamanda bunu da göstərir ki, Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə ümidsizlik dərəcəsi yüksəkdir. Odur ki, hesabat son 34 il ərzində keçirilən sorğulara nisbətən cari ilin göstəricilərini dünya üzrə ən pessimist göstəricilər hesab edir.

Qeyd edək ki, sorğu bu il dünya ölkələri üzrə 45 mindən çox respondent arasında aparılıb. Bu, sorğunun etibarlı və yüksək peşəkarlıqla seçilən metodologiya, respondentlərin geniş əhatə dairəsi nəzərə alınmaqla obyektivliklə keçirildiyini göstərir. Bu isə öz növbəsində Azərbaycanın yüksək sürətlə irəliləməsini, ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsini və nəticə etibarilə sabaha inamla baxmasını bir daha aydın göstərir.

Həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir. Bu, dövlətimizin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Qarşıda duran vəzifələrin ən vaciblərindən biri Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına daxil olmasını təmin etməkdir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video