12 Oktyabr 2021 14:43
925
Təhsil
A- A+

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması qaydalarında dəyişiklik edilib

 

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarında dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda, müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcək. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaq.

Qaydaların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaqdır.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapmışdır.

Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video