12 Iyun 2021 13:52
583
Elm və texnika
A- A+

Azərbaycan və Türkiyənin elmi müəssisələri arasında əlaqələr genişləndirilir  

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin İstanbul şəhərində yerləşən Nezahat Gökyiğit Botanika Bağının müdiri, professor Adil Günerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İradə Hüseynova Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib, Vətən müharibəsi günlərində Türkiyə Respublikasının mənəvi dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. O, daha sonra AMEA-nın Botanika İnstitutu, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu, bu institutlarda aparılan tədqiqat işləri, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri haqqında geniş məlumat verib, birgə elmi tədqiqatların aparılması sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

Adil Güner ilk dəfə səfər etdiyi Azərbaycan, buradakı elmi-tədqiqat institutları, Mərkəzi Nəbatat Bağı haqqında təəssüratlarını bölüşüb, elmi əməkdaşlığa hazır olduqlarını bildirib. O, Türkiyə florasının 30 cildliyinin ilk 2 cildini və Nezahat Gökyiğit Botanika Bağının bukletini Biologiya və Tibb Elmləri Bölməsinə hədiyyə edib.

Akademik İradə Hüseynova isə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 2-ci nəşrinin ikicildliyini, AMEA-nın təşkilatçılığı ilə keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfransın materiallarını qonaqlara təqdim edib.

Görüşdə əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri haqqında fikir mübadiləsi aparılıb, işğaldan azad edilmiş ərazilərin öyrənilməsinin bu istiqamətlər arasında mühüm yer tutmasının vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video