10 Iyul 2012 01:07
448
PARLAMENT
A- A+

Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlığın inkişafı üçün böyük potensial vardır

 

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin iyulun 9-da Milli Məclisə gəlmişdir.

AzərTAc xəbər verir ki, parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Sergey Narışkin Milli Məclisin inzibati binasına baxmış, deputatlar üçün yaradılmış şəraiti, burada tətbiq olunan müasir texnologiyanı yüksək qiymətləndirmişdir.

Qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri, imzaladığı tarixi əhəmiyyətli sənədləri əks etdirən fotolara baxmışdır. Dünya şöhrətli siyasi xadimin fəaliyyətinin mühüm istiqamətlərindən bəhs edən eksponatlar qonaqda dərin təəssürat yaratmışdır.

Rusiya Dövlət Dumasının sədri Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov ilə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin arasında təkbətək görüş olmuşdur. Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.

Milli Məclisin Sədri Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Sergey Narışkinə və bütün Rusiya xalqına öz adından və Azərbaycan parlamentinin üzvləri adından başsağlığını çatdırmışdır.

Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Oqtay Əsədov onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirmiş və  bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulamışdır.

Bildirilmişdir ki, ölkələrimiz arasında 160-dan çox sənəd imzalanmışdır. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Bunun təzahürüdür ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il 2,8 milyard ABŞ dollarından çox olmuşdur. Bu gün Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda Rusiya Kitab Evi yaradılmışdır. Respublikamızda rus dilinin inkişafı üçün qayğı  göstərilir, 500-ə yaxın rusdilli məktəb fəaliyyət göstərir.

Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi regional layihələr barədə qonaqlara ətraflı məlumat verən O.Əsədov demişdir ki, bu inkişafa ciddi maneə olan səbəblər də vardır. Onlardan ən başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Rusiyanın bu problemin həllindəki vasitəçilik rolunu xüsusi vurğulayan Oqtay Əsədov ümidvar olduğunu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi Rusiya problemin aradan qaldırılmasında səylərini artıracaq, yaxın zamanlarda münaqişə beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaqdır.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar başsağlığına, eləcə də Bakıdan göndərilən humanitar yardıma görə Azərbaycan dövlətinin başçısına, parlamentinə və xalqına minnətdarlığını bildirmişdir.

Sergey Narışkin dövlətlərimiz arasında

əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd etmiş, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, deputatlarımız bu gün beynəlxalq tədbirlərdə çox uğurlu əməkdaşlıq edirlər. Bunun nəticəsidir ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Biz bütün imkanlardan istifadə edərək siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizi daha da möhkəmləndirməli və inkişaf etdirməliyik.

Görüşdə hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti xüsusi qeyd olunmuş, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, deputatların qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanmış, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video