08 Aprel 2012 03:04
253
SİYASƏT
A- A+

Azərbaycan və Macarıstan gəncləri əməkdaşlığın inkişafı istiqamətində yeni addımlar atmışlar

 

Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Budapeştdə keçirilən ikinci konfransında iştirak etmək üçün Macarıstanda səfərdə olan gənclər və idman naziri Azad Rəhimov bu ölkənin sosial siyasət, ailə və gənclər üzrə baş katibi Mikoloş Şoltes ilə görüşmüşdür.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Budapeştdən AzərTAc-a bildirmişdir ki, görüşdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Macarıstandakı və Polşadakı səfirləri Vilayət Quliyev və Həsən Həsənov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak etmişlər.

Görüşdə informasiya mübadiləsi aparılmış və iki ölkə arasında gənclər siyasəti sahəsində əlaqələrin perspektiv inkişafı məsələləri müzakirə edilmişdir. Həmçinin Azərbaycan və Macarıstan arasında gənclər sahəsində sazişin qısa müddətdə işlənib hazırlanması və imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video