03 Noyabr 2013 01:11
396
PARLAMENT
A- A+

Azərbaycan və Argentina əlaqələri inkişaf edir

 

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti ilə görüşü keçirildi.

Birinci vitse-spiker Üçüncü Beynəlxalq  Humanitar Forumun işində iştirak etmək üçün ölkəmizə gələn  nümayəndə heyətini məmnunluqla salamladı. Qeyd edildi ki, qloballaşan dünyanı narahat edən mühüm problemlərin müzakirəsinə həsr  edilmiş forum Azərbaycan-Argentina əlaqələrinin inkişafı baxımından da əhəmiyyətli olacaq, hər iki ölkənin bu sahədə böyük potensialı var.

Sonra Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin mövcud durumu barədə məlumat verdi. Qeyd  edildi ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılır. Təcavüzkar ölkə bu torpaqların qeyd-şərtsiz azad olunması haqda BMT-nin, Avropa Şurasının və digər  beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Görüşdə o da vurğulandı ki, artıq dünyanın 12 ölkəsi Ermənistan silahlı qüvvələri  tərəfindən 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı faciəsini soyqırımı kimi tanıyır. Ziyafət Əsgərov bu məsələnin yaxın zamanlarda Argentina parlamentində müzakirəyə çıxarılmasına da ümid etdiyini dilə gətirdi.

Səmimi görüşə görə minnətdarlığını bildirən Argentina nümayəndə heyətinin rəhbəri Roberto Moulleran hər iki dövlətin demokratik inkişaf yolu keçməsini onları birləşdirən əsas cəhət kimi dəyərləndirdi. İqtisadi baxımdan əlaqələrin inkişaf etdirilməsinin gərəkli olduğu diqqətə çatdırıldı. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin çox yaxşı əlaqələrinin mövcudluğu vurğulandı.

Bakıda keçirdikləri görüşlərin əhəmiyyətindən danışan qonaq bu gün Azərbaycan Diplomatiya Akademiyasında Argentinanın Azərbaycanın müstəqilliyini tanımasının 20 illiyi münasibəti ilə xüsusi tədbirin  keçirilməsindən söz açdı. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunuldu.

 

"Azərbaycan",

foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video