18:47 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:57 31.07.2021

 

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin əsasən 3 aydan bir təşkil edilən növbəti iclası Türkiyənin Konya şəhərində keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.

Tədbir iştirakçılarını salamlayan TDBB-nin və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, bu, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra türkdilli ölkələrin bələdiyyələrinin təmsilçilərinin iştirakı ilə keçirilən ilk geniştərkibli iclasdır.

Uğur İbrahim Altay Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə bütün həmkarlarını təbrik edib.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü Təmraz Tağıyev ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu ilin iyununda imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib.

Həmçinin iclas zamanı Türkiyənin müxtəlif bölgələrində meşə sahələrində davam edən yanğınla bağlı Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, qardaş ölkə tərəfindən göstərilən mənəvi və əməli dəstək xüsusi vurğulanıb və buna görə dərin minnətdarlıq hissi ifadə edilib.

İclasda TDBB tərəfindən birliyə üzv olan dost və qardaş ölkələrin, o cümlədən Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə birgə görülən işlər, eləcə də hazırda həyata keçirilən və yaxın gələcəkdə nəzərdə tutulan fəaliyyət sahələri, tədbirlər və layihələr geniş müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM