06 Fevral 2015 01:02
890
Turizm
A- A+

Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının ilk iclası keçirilib

Fevralın 6-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ilk elmi şurasının geniş tərkibli iclası keçirilib.
Bakı Turizm Peşə Məktəbində (BTPM) təşkil olunan iclasda ATMU-nun Elmi Şura üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, universitetin və BTPM-nin professor-müəllim heyəti, təhsil ocağının tələbə təşkilatlarının nümayəndələri iştirak edib.

İclasda universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutun (ATİ) 2006-2014-cü illərdə gördüyü işlər, nəticələr və ATMU-nun qarşısında duran vəzifələr haqda məruzə ilə çıxış edib. O, institutun yaranmasından, hazırkı təhsil istiqamətindən, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrin sayı barədə məlumat verib. Həmçinin ATİ-nin beynəlxalq təşkilatlarda təmsil olunmasından danışıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ATİ-nin bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetində kadr hazırlığına xüsusi diqqət yetirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATMU-nun fəaliyyəti, bu el ocağında hazırlanan kadrların günün tələblərinə cavab verməsi istiqamətində atılan addımlar və ali təhsil ocağının gələcək perspektivlərindən söz açıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video