03 May 2016 06:05
913
Turizm
A- A+

Azərbaycan turizm sektorunda inqilab: “Robie Guide”

Son statistik məlumatlara görə (UNWTO World Tourism Barometer) dünya üzrə turistlərin sayı 2014-cü ildən bəri 7-10 faiz artıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə isə ölkəmizə hər il orta hesabla 2,5 milyon turist gəlir. 2003-2013-cü illər ərzində Azərbaycanda əsas turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya yüksəlib. Bütün bu faktlar turizm sahəsində inqilabi bir layihənin - “Robie Guide”nin meydana çıxmasına zəmin yaradıb.

“Robie Guide” elektron bələdçisi nəinki Azərbaycan bazarında, o cümlədən qlobal bazarda turizm sahəsində yeni tendensiyaları təmsil edir. Yeni layihənin özəlliyi ondan ibarətdir ki, o, təkcə Bakını deyil, bütün Azərbaycanı əhatə edəcək.

“Robie Guide” bütün tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzləri, ofislər və digər obyektlər barədə ətraflı məlumatı səsli (audio) və yazılı şəkildə istifadəçiyə təqdim edəcək. Məlumatlar istifadəçinin seçimindən asılı olaraq 3 dildə- Azərbaycan, rus və İngilis dillərində təqdim olunacaq. Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə ətrafda olan əyləncə və istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr, restoranlar, menyular, onların qiymətləri və s. barədə məlumat əldə edə biləcəklər.

Layihə çərçivəsində ilk olaraq, “Android” əməliyyat sistemi istifadəçiləri üçün mobil tətbiq hazırlanıb. Daha sonra “iOS” və “Windows Phone” istifadəçiləri üçün xüsusi proqramların yazılması nəzərdə tutulub. Proqram “Microsoft” sistemi üzərində, “Google Map” və “E-gov” “API”-ləri üzərindən də istifadə ediləcək. http://robiguide.com

Layihə rəhbəri Namət Məmmədzadə AZƏRTAC-a bildirib ki, layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq turizm agentliklərinə müraciət etmələrinə ehtiyac qalmır. Artıq bələdçiyə pul ödəməyə ehtiyac yoxdur. Yerli və xarici turistlər bizim proqramı mobil telefona yükləyir. Turist şəhərə çıxdığı zaman onun istəyindən asılı olaraq sistem istiqamət seçərək onun telefonuna məlumat ötürür.

Layihə turistlərin işini asanlaşdırmaqla yanaşı, əsas məqsəd olaraq Azərbaycanı tanıtmağa və ölkədə turizmin səviyyəsini yüksəltməyə xidmət edəcək: “Son illər ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də turist axınına təkan verir. Bunların davamı olaraq Şahmat Olimpiadasını, cari ilin yay aylarında keçiriləcək “Formula 1” Avropa Qran-Pri yarışlarını qeyd etmək olar. Biz bu layihə vasitəsilə ölkəyə gələn turistlərin rahatlığını təmin etməklə yanaşı, həm də ölkəmizin füsunkar təbiətinin, tarixi abidələrinin, müasir və gözoxşayan tikililərinin təbliğatına da yardımçı olmaq niyyətindəyik”, – deyə N. Məmmədzadə bildirib.

Məlumat üçün bildirək ki, ilkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyyə dəstəyi ilə təqdim olunan layihənin gələcəkdə xarici ölkələrdə də icrası planlaşdırılır və bununla bağlı Türkiyə, Gürcüstan və Qazaxıstanla danışıqlar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video