10:23 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan “Teknofest-2021” festivalında təmsil olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:41 21.09.2021

 

Sentyabrın 21-dən etibarən İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan 200 kvadratmetrlik ərazidə öz texnoloji avadanlıqlarını və hərbi texnikasını nümayiş etdirir. Ölkəmiz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən təmsil olunur. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz hava vasitələri də sərgilənir. “MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.

Ölkəmiz üçün ayrılmış ərazidə quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.

Festivalda Türkiyə tərəfindən bir çox yeniliklərlə yanaşı ilk dəfə olaraq qardaş ölkənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanan “Türk Müdafiə Sənayesi Keçmişdən Gələcəyə” başlıqlı zaman tuneli ziyarətçilərə təqdim olunur. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk Müdafiə Sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM