20 Aprel 2013 01:04
396
PARLAMENT
A- A+

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər ediləcək

 

Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov deyib ki, qanuna təklif olunan dəyişiklikdə Mülki Məcəlləyə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən olunmasına imkan yaradan ünvan veriləcəkdir.

Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşməsini və onların fərqlənməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılacaqdır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə dair ünvan veriləcəkdir. Həmçinin çoxmənzilli binaların, fərdi yaşayış yerlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan veriləcəkdir. Nəqliyyat infrastrukturu obyektlərinə çıxışı olan torpaq sahələrinə və onların üzərindəki qurğulara da ünvan veriləcəkdir.

Qanun layihəsi müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video