05 Noyabr 2011 01:11
573
Məktublar
A- A+

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

İllik həcc ziyarəti başa çatdığı bir vaxtda Mişel və mən Qurban bayramı münasibətilə Amerika və bütün dünya müsəlmanlarına və xüsusən də islamın əsas sütunlarından biri ilə bağlı mərasimin uğurla yerinə yetirilməsi münasibətilə hacılara ən xoş arzularımızı çatdırmaq istərdik. 

Həcc ziyarətində olan və dünyanın üç əsas dinində İbrahim peyğəmbərin yolunu xatırladan ayinləri həyata keçirən üç milyona yaxın müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması bizi fərəhləndirir. Bu il həcc ziyarətində olmuş şəxslərdən əlavə bütün dünya müsəlmanları Qurban bayramını Allah-taala ilə əlaqələrini düşünərək, öz oğlunu qurban verməyə hazır olan İbrahim peyğəmbəri yad edərək məzlumlara qida yardımı etmək məqsədilə keçirəcəklər. Dünya müsəlmanlarının əksəriyyəti bu gün böyük ehtiyacları olanlara, o cümlədən Afrika Buynuzunda quraqlıq və aclıqdan əziyyət çəkənlərə şəfqətlə yanaşmağa hazır olduqlarını nümayiş etdirmək qərarına gəldilər.

Daha böyük işlərə səylərini yönəltmək məqsədilə müxtəlif etnik və iqtisadi mənşəyi olan insanlar öz fərqlərini unutduğu bir anda müxtəlifliyimizin Allah tərəfindən verilmiş və qovuşacağımız güc mənbəyi olması bütün bəşəriyyət üçün bir örnəkdir.

Amerika xalqı adından belə bir xüsusi vaxtda dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istəyirik və Həcc ziyarətini uğurla başa çatdıranlara öz təbriklərimizi yetiririk. Qurban bayramınız mübarək olsun!

Səmimiyyətlə,

 

Barak OBAMA,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video