01 Iyun 2012 01:06
379
Məktublar
A- A+

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, əziz dostum!

Azərbaycanın milli bayramı - 28 May - Respublika günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram.

Monteneqro ilə Azərbaycan arasındakı əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Keçən il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək naminə göstərdiyimiz qarşılıqlı səylərin nəticələri məmnunluq doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq olunub. Monteneqro və Azərbaycan xalqları arasında inkişaf etdirməyə çalışdığımız qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün möhkəm hüquqi baza yaradılmışdır.

Bununla yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində yerləşən, regionda bir əsrdən artıq təcrübəsi olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün daha bir imkandır.

Monteneqro xalqına Azərbaycanın yardımı üzrə sosial layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar öz dərin təşəkkürünü Azərbaycan xalqına və şəxsən Sizə ən müxtəlif yollarla ifadə etmişlər. İnanıram ki, bu, ölkələrimiz və xalqlarımız arasındakı dostluğa mühüm töhfə verəcəkdir.

Hörmətli Prezident! Əməkdaşlığımızı çoxşaxəli etmək və ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün xüsusən Sizin göstərdiyiniz səyləri xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə yüksək həssaslıqla yanaşdığınıza görə Sizə ürəkdən minnətdaram. Gələcək əməkdaşlığımıza dair planların eyni dərəcədə uğurlu olacağına dərindən inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Filip VUYANOVİÇ,

Monteneqro Respublikasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video