Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı N 181
N 181 Bakı şəhəri, 3 may 2016-cı il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 866; 2006, N 3, maddə 303, N 5, maddələr 463, 468, N 8, maddə 731, N 9, maddə 822, N 11, maddə 994; 2007, N 1, maddə 50, N 10, maddə 1021, N 12, maddələr 1343, 1352; 2008, N 2, maddə 130, N 4, maddə 308, N 10, maddə 936; 2009, N 1, maddələr 22, 32, N 2, maddələr 144, 150, N 9, maddələr 736, 753; 2010, N 4, maddə 369, N 11, maddə 1048; 2011, N 1, maddə 66, N 4, maddə 365; 2012, N 9, maddə 934; 2013, N 8, maddə 1000, N 10, maddə 1202; 2014, N 1, maddələr 59, 69, N 2, maddə 201, N 5, maddə 557, N 6, maddələr 745, 747, N 9, maddə 1130; 2015, N 2, maddə 227, N 3, maddələr 328, 337, N 6, maddələr 774, 781, N 7, maddə 890, N 11, maddə 1412) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.4.3.1.2-ci yarımmaddə aşağıdakı redaksiyada verilsin:
“1.1.4.3.1.2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi”.
2. 1.1.4.3.1.3-cü yarımmaddə1.1.4.3.1.7-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.1.3-1.1.4.3.1.6-cı yarımmad-dələr əlavə edilsin:
“1.1.4.3.1.3. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.1.4. İdman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.1.5. Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.1.6. İctimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi”.
3. 1.1.4.3.2.2-ci yarımmaddə aşağıdakı redaksiyada verilsin:
“1.1.4.3.2.2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi”.
4. 1.1.4.3.2.3-cü yarımmaddə1.1.4.3.2.7-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.2.3-1.1.4.3.2.6-cı yarımmad-dələr əlavə edilsin:
“1.1.4.3.2.3. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.2.4. İdman mərc oyunlarının satıcıları olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.2.5. Ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.2.6. İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!