29 Iyul 2015 01:07
425
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 264                         Bakı şəhəri, 10 iyul 2015-ci il

 

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 7.1.3-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001,  № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4, II kitab, maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456) aşağıdakı məzmunda 4.23-cü bənd əlavə edilsin:

“4.23. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 10 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların,hissəvə ləvazimatların xarici iqtisadi fəaliyyətinmal nomenklaturası (XİFMN) üzrə

 

S İ Y A H I S I

 

XİFMN üzrə

kodu

Mal mövqelərinin adları

1

2

Qrup 84-dən

 

8471 70 500 0

yaddaş qurğuları: sərt maqnit disklərdə

8471 80 000 0

hesablayıcı maşınların digər qurğuları

8473 30 200 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları

8473 30 800 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri

Qrup 85-dən

 

8528 51 000 0

digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan

8542 31 90

Elektron inteqral sxemlər: prosessorlar vəkontrol-lerlər,  yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video