17 May 2015 12:05
367
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 122                                                     Bakı şəhəri, 28 aprel 2015-ci il

 

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilsin (3 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

1 nömrəli əlavə

 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən

keçməli olduğu xəstəliklərin

 

SİYAHISI

 

1. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:

1.1.         hemoqlobinopatiyalar:

1.1.1.  böyük beta-talassemiya;

1.1.2.  aralıq beta-talassemiya;

1.1.3.  drepanotalassemiya;

1.1.4.  oraqvari hüceyrəli anemiya;

1.2.         İİV/QİÇS;

1.3.         sifilis.

 

 

 

___________________

 

 


 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

2 nömrəli əlavə

 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə

 

QAYDASl

 

  1. 1.                  Ümumi müddəalar

 

1.1. Bu Qayda  sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin  13-cü maddəsinə əsasən hazırlanmışdır və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.

1.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.

1.3. Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir. 

 

  1. 2.                  Tibbi müayinələrin təşkili

 

2.1. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.

2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi  pulsuz aparılır.

2.3. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına  nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

 

3. Tibbi müayinələrin keçirilməsi və məsləhətlərin verilməsi

 

3.1. Nikaha daxil olmaq istəyən şəxslərin  hər biri tibbi müayinədən keçirilir.

3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə  müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.  

3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

3.4. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan  Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

3.5. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır  və müəssisənin möhürü  ilə təsdiq edilir.

3.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

3.7. Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir. 

3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən  şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.

3.9. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

 

 

 

___________________

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

3 nömrəli əlavə

 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən

keçdiklərini təsdiq edən arayışın forması

 

 

Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən

keçdiyi barədə

 

A R A Y I Ş  №   _____

_____________________________________________________________

(tibb müəssisəsinin adı)

 

Verilir  ______________________________________________________

(soyadı, adı, atasının adı)

____________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)

 

ondan ötrü ki, o Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir.

Arayış qeydiyyat orqanına təqdim etmək üçün verilmişdir. 

 

Tibbi müayinənin keçirilməsinə

məsul həkim  _________________________                                    

(soyadı, adı, atasının adı) (imza)                                                                   

 

Rəhbər  _____________________________                                    

(soyadı, adı, atasının adı) (imza)

 

Verildiyi tarix _______________  

 

Bu arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

 

        M.Y.

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video