22 Aprel 2015 02:04
426
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 104                                     Bakı şəhəri, 10 aprel 2015-ci il

 

“Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 400 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759, № 12, maddə 1079; 2005, № 6, maddə 535; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 132) ilə təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanı” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.
2. 1.4-cü bəndə “Nazirliyinin” sözündən sonra “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri əlavə edilsin və həmin bənddə “yaratdığı” sözü “yaratdıqları” sözü ilə əvəz edilsin.
3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq bileti bu qaydanın tələblərinə uyğun hazırlanır və 1 nömrəli əlavədə göstərilən formada verilir.”.
4. 2.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“2.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq bileti aşağıdakı kimidir:”.
5. 2.2-ci bəndin səkkizinci abzasında “onu verən müvafiq orqanın rəhbərinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsinin” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 2.3-cü və 2.4-cü bəndlər əlavə edilsin:
“2.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq bileti bu qaydanın tələblərinə uyğun hazırlanır və 2 nömrəli əlavədə göstərilən formada verilir.
2.4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilən ovçuluq bileti aşağıdakı kimidir:
2.4.1. ovçuluq biletinin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir;
2.4.2. ovçuluq biletinin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur və onun altında “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılır;
2.4.3. ovçuluq biletinin üz qabığının orta hissəsində iri hərflərlə “OVÇULUQ BİLETİ” sözləri yazılır;
2.4.4. ovçuluq biletinin içərisində birinci səhifəsinin yuxarı hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılır;
2.4.5. ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin rəngli fotoşəkli üçün yer ayrılır;
2.4.6. ovçuluq bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ovçuluq bileti alan şəxsin ardıcıl olaraq soyadı, adı, atasının adı və təvəllüdü göstərilir;
2.4.7. ovçuluq biletinin ikinci səhifəsinin orta hissəsində ovçuluq biletinin nömrəsi, ovçuluq biletinin verildiyi tarix, qeydiyyat nömrəsi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətli şəxsinin vəzifəsi, imzası və möhür yeri göstərilir;
2.4.8. ovçuluq biletinin üçüncü səhifəsində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünün şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi tarix, kim tərəfindən verilib, ev ünvanı və şəxsi imzası göstərilir;
2.4.9. ovçuluq biletinin dördüncü səhifəsində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünün minimum sınağı verməsi barədə qeydlər göstərilir;
2.4.10. ovçuluq biletinin beşinci və altıncı səhifələrində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünə məxsus ov aləti və silahın adı, modeli (markası), növü, nömrəsi və kalibri göstərilir;
2.4.11. ovçuluq biletinin yeddinci səhifəsində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünə məxsus ov itləri barədə qeydlər aparılır;
2.4.12. ovçuluq biletinin səkkizinci səhifəsində xüsusi qeydlər göstərilir;
2.4.13. ovçuluq biletinin doqquzuncu və onuncu səhifələrində ovçuluq bileti alan şəxs üçün yaddaş göstərilir.”.
7. 3.1-ci bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilsin.
8. 3.3-cü bənddə “müvafiq orqanının rəhbəri (o olmadıqda onun səlahiyyətlərini icra edən)” sözləri “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətli şəxsi” sözləri ilə əvəz edilsin.
9. 4.2-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanında” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri ilə əvəz edilsin.
10. 4.3-cü bəndə “müddətinə” sözündən sonra “(Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə müddətsiz)” sözləri əlavə edilsin.
11. “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”na əlavə 1 nömrəli əlavə hesab edilsin və həmin əlavəyə aşağıdakı məzmunda ad verilsin:
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin forması”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

“Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”na 2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının  Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən  tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə  verilən ovçuluq biletinin forması

 

Üz qabığı

 

 

 

 

 

 

 

 

 

 

 

 

Üz qabığı  (son)

 

 

       

                                                      

 

 

 

 

                                                                                                     

                                                                                                                        

  

 

səhifə 1

                                           

Azərbaycan Respublikasının  Xüsusi Dövlət Mühafizə Xidməti

 

ovçuluq bileti alan şəxsin fotoşəkli

 

 

Soyadı   ____________________________

 

 Adı       ____________________________

 

Atasının adı _________________________

 

Təvəllüdü ___________________________

 

                                                                                                                                               

                                                                                                                                              səhifə  2

Ovçuluq bileti № _______

Verildiyi tarix          _____________

 

Qeydiyyat nömrəsi  _____________                                     

 

 

____________________________________________________________

(Azərbaycan Respublikası  Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətli şəxsinin vəzifəsi və imzası)

  

M.Y.                                                                                           

 

 

 

 

 

                                                                                                                           səhifə 3

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvü (bundan sonra - ovçu) haqqında məlumat  

 

Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi___________________________

 

Verildiyi tarix _____________________

 

Kim tərəfindən verilib__________________________________________

 

Ev ünvanı ___________________________________________________

 

Şəxsi imzası____________________

 

 

 

                                                                                                                           səhifə 4                

Ovçunun minimum sınağı verməsi barədə qeydlər

 

                  

                Sınağı verdi          “_____”________________20__ il

 

 

 

 

 

 

 

                                                                                                                        

                                                       səhifə 5-6

Ovçuya məxsus ov aləti və silahı  haqqında qeyd

 

Qeyd tarixi

 

Modeli, markası

 

Kalibri, növü

 

Silahın

nömrəsi

 

Bıçağın

nömrəsi

İmza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                        

səhifə 7

 Ovçuya məxsus ov itləri barədə qeydlər

Cinsi

Ləqəbi

Yaşı

İşarənin  nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                        səhifə 8

Xüsusi qeydlər

 

 

 

 

 

 

                                                    

                                                                            səhifə 9-10

Yaddaş

1. Ovçu Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında” qanunlarının, “Hərbi Ovçuluq İttifaqı”Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin tələblərini, ovçuluq və balıqtutma qaydalarını bilməli və onları dəqiq yerinə yetirməlidir.

2. Ovçu bütün növ ovçuluq və balıqtutma zamanı silahının və sursatlarının saxlanılması üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir.

3. Ovçu brakonyerliyin bütün növləri ilə mübarizə aparmalıdır.

4. Ovçu şəxsiyyət vəsiqəsində dəyişiklik olunduqda, “Hərbi Ovçuluq İttifaqı”Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanına məlumat verməlidir.

5. Müvafiq ovçuluq sənədləri qaydasında olmadıqda, ovçuluq qadağan edilir.

6. Ovçuluq bileti ovçuluq sahəsində dövlət nəzarəti orqanlarının, polis, ictimai ov müfəttişlərinin, ovçuluq və balıqçılıq təsərrüfatı işçilərinin tələbi ilə təqdim edilir.

 

 

                                                                           

                       

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video