23:09 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 343
ANA SƏHİFƏ / NAZIRLƏR KABINETI
01:12 04.12.2015

 

№ 343                                    Bakı şəhəri, 3 noyabr 2015-ci il

 

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60; 2012, № 5, maddə 484, № 6, maddə 625, № 10, maddə 1008; 2013, № 10, maddə 1230) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.”.

2. Aşağıdakı məzmunda 1.3-1-ci və 1.3-2-ci bəndlər əlavə edilsin:

“1.3-1. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş orta ixtisas təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.3-2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bələdiyyə və özəl  orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə rəy verir.”.

3. 4.2-ci bəndin birinci cümləsində “pedaqoji, təhsilalanlar və qəyyumlar şurası və s.” sözləri “təhsilalanlar, qəyyumlar şurası” sözləri ilə əvəz edilsin.

4. 4.3-cü bəndin birinci cümləsində “Orta ixtisas” sözləri “Dövlət orta ixtisas” sözləri ilə əvəz edilsin və ikinci cümləsinə “və təhsil” sözlərindən əvvəl  “, bu Nümunəvi Nizamnamə” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM