20 Noyabr 2015 01:11
863
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 337

 

№ 337                                    Bakı şəhəri, 21 oktyabr 2015-ci il

 

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə

 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 14 noyabr tarixli 345 nömrəli  Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 21 oktyabr

tarixli 337 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1.       Bu Qayda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2.       Bu Qayda qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri (bundan sonra - qeyri-hökumət təşkilatı) tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin (bundan sonra - müqavilələr) qeydiyyata alınması qaydasını tənzimləyir. Bu Qaydada müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

1.3.       Müqavilələr, bağlanıldığı tarixdən 15 (on beş) gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra - Ədliyyə Nazirliyi) təqdim edilir.

1.4.       Müqavilələrin qeydiyyatı Ədliyyə Nazirliyinin aidiyyəti qurumu tərəfindən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq bildirişlə təsdiq olunur.

1.5.       Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

 

  1. Müqavilələrin qeydiyyata alınması üçün təqdim edilən sənədlər

 

2.1.        Müqavilənin qeydiyyata alınması üçün bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.1.1.  müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.2.  göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.1.3.  göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti;

2.1.4.  müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği);

2.1.5.  bu Qaydanın 1.3-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə;

2.1.6.  müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;

2.1.7.  müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat.

2.2.       Bu Qaydanın 2.1.3-cü, 2.1.4-cü və 2.1.6-cı yarımbəndlərində təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostilverilməlidir.

 

  1. Ədliyyə Nazirliyi tərəfindən araşdırılan məsələlər

 

3.1.  Ədliyyə Nazirliyi tərəfindən müqavilənin qeydiyyata alınması üçün aşağıdakılar araşdırılır:

3.1.1.  bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;

3.1.2.  təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu;

3.1.3.  müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;

3.1.4.  müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsi;

3.1.5.   qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan Respublika-sının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;

3.1.6.  müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsi;

3.1.7.  müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin qanunvericiliyə uyğunluğu;

3.1.8.  müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olması.

 

  1. Müqavilələrin qeydiyyata alınması qaydası

 

4.1.  Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizənin və sənədlərin təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində müqaviləni qeydiyyata alır və qeyri-hökumət təşkilatına bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadılır.

4.2.  Müqavilənin qeydiyyata alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə qeydiyyata alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Müqavilə üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

4.3.   Qeydiyyat kitabı qalın karton üzlü olmaqla, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34x27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrələrini göstərən rəqəmlər qeyd edilməlidir (məsələn, Cl, 2015, Müqavilə M 1-50). Qeydiyyat kitabı il tamam olduqda bağlanılır və növbəti il üçün yeni kitab tərtib edilir.

4.4.   Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifə olmaqla 2 bölmədən ibarətdir (1-ci bölmə “Ümumi məlumatlar” (göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin tarixi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə “Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə barədə məlumat” (xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin adı, məqsədi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə qısa məlumat, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə ödənilən vəsaitin məbləği, qeydiyyata alınmış xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilədə edilmiş dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu Qaydanın 4 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır.

4.5.   Qeydiyyat kitabının hər səhifəsinin yuxarı sağ küncündə müqavilənin fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6.   Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddət təyin edir.

4.7.   Ədliyyə Nazirliyi qeydiyyata alınmış müqavilələr haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.

 

  1. Müqavilələrin qeydiyyatından imtina edilməsi halları

 

5.1.   Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:

5.1.1.  bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2.  bu Qaydanın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;

5.1.3.  ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

5.1.4.  Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.

 

  1. Yekun müddəa

 

Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilir.

 

 

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na

                    1 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydiyyata alınmasına dair ərizənin forması

___________________________________

(müqavilənin qeydiyyatını aparan orqanın adı)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin adı, təşkilati-hüquqi forması)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, mənsub olduğu ölkə)

_____________________________________________________________

(qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

tərəfindən

Ə R İ Z Ə

 

Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi qismində çıxış edən_________________________________________________________

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşadığı ünvan, işlədiyi yer və vəzifəsi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və sənədi vermiş orqan)

xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı qismində çıxış edən _____________________________________________________________

(adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı,

mənsub olduğu ölkə)

arasında ___________tarixində___________________________________

(müqavilənin adı)

xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanılmışdır.

 

Göstərilən xidmət (görülən iş) _______________________________

_____________________________________________________________

(qısa məlumat)

 

Göstərilən xidmətə (görülən işə) görə ödənilən məbləğ___________

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

Müqavilənin icra müddəti___________________________________

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş xidmət (iş) müqaviləsinin qeydiyyata alınmasını xahiş edirik.

        

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə) _________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

(qoşulan sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

Müraciəti imzalamış şəxsin

adı, soyadı, atasının adı, vəzifəsi və imzası__________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

 

Tarix__________________

Əlaqə telefonları_________________

 

 

 

___________________

 

 

 

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na

                    2 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqaviləyə edilmiş dəyişikliyin qeydiyyata alınmasına dair ərizənin forması

 

___________________________________

(müqavilənin qeydiyyatını aparan orqanın adı)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin adı, təşkilati-hüquqi forması)

_____________________________________________________________

(müraciət edən qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, mənsub olduğu ölkə)

_____________________________________________________________ (qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq

edən sənədin nömrəsi)

tərəfindən

Ə R İ Z Ə

 

Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi qismində çıxış edən_________________________________________________________

_____________________________________________________________ (hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, yaşadığı ünvan, işlədiyi yer və vəzifəsi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və sənədi vermiş orqan)

xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı qismində çıxış  edən

_____________________________________________________________

(adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı,

mənsub olduğu ölkə)

arasında____________ tarixində bağlanılmış________________________

_____________________________________________________________

(müqavilənin (qərarın) adı, bağlanıldığı tarix və məbləği, müqavilənin qeydiyyatı barədə bildirişin tarixi və nömrəsi)

 

müqaviləyə ________ tarixli ___________________________________ilə

(dəyişiklik barədə sənədin növü (əlavə müqavilə, protokol və s.) və adı)

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi______________________________________

(xidmət (iş) müqaviləsinin məbləğinin, məqsədinin, müddətinin

dəyişdirilməsi və s. dəyişiklik)

Dəyişikliyin qısa məzmunu_________________________________

_____________________________________________________________

Göstərilənləri nəzərə alaraq, qeyd olunmuş xidmət (iş) müqaviləsinə edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)_________________________________________________

_____________________________________________________________ (əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

 

Müraciəti imzalamış şəxsin

adı, soyadı, atasının adı, vəzifəsi və imzası__________________________

(təşkilatın möhürü ilə təsdiq edilir)

 

Tarix___________________

Əlaqə telefonları_______________________

 

 

 

__________________

 

 


 

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na

                    3 nömrəli əlavə

 

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydiyyata alınması barədə bildirişin forması

 

B İ L D İ R İ Ş

 

Göstərilən xidmətlərin (görülən işlərin) sifarişçisinin (adı, təşkilati-hüquqi forması (fiziki şəxs olduqda adı, soyadı, atasının adı) və mənsub olduğu (vətəndaşı olduğu) ölkə)

_____________________________________________________________

 

Xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliyininadı, təşkilati-hüquqi forması

_____________________________________________________________

 

Göstərilən xidmət (görülən iş) ______________________________

 

Müqavilənin bağlanıldığı tarix ______________________________

 

Müqavilə üzrə ödənilən vəsaitin məbləği _____________________

                                                                         (rəqəm və sözlə, valyuta göstərilməklə)

Xidmətin göstərilməsinin (işin görülməsinin) müddəti____________

 

Müqavilənin qeydiyyat tarixi və fərdi qeydiyyat nömrəsi _________

 

Qeydə alınmış müqavilə üzrə əlavə və dəyişikliyə dair məlumat____

 

Bildirişin tarixi _________________

 

_____________________________________________

(Bildirişi imzalamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası)

 

 

“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na

                    4 nömrəli əlavə

 

Müqavilənin fərdi qeydiyyat nömrəsi ______________
Müqavilənin qeydiyyat tarixi ______________

QEYDİYYAT  KİTABI

I BÖLMƏ

ÜMUMİ MƏLUMATLAR

 

Xidmətlərin və ya görülən işlərin sifarişçisi

Xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı

Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin tarixi

Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin icra müddəti

Əlaqə telefonları, elektron poçt ünvanı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səhifə ______________

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müqavilənin fərdi qeydiyyat nömrəsi ______________
Müqavilənin qeydiyyat tarixi ______________

 

II BÖLMƏ

XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ VƏ YA İŞLƏRİN GÖRÜLMƏSİ HAQQINDA MÜQAVİLƏ BARƏDƏ MƏLUMAT

 

Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin adı, məqsədi

Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə qısa məlumat

Xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə ödənilən vəsaitin məbləği

Qeydiyyata alınmış xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilədə edilmiş dəyişikliyə dair məlumat (tarixi və nömrəsi)

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səhifə ______________

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video