06 Avqust 2016 12:08
782
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 290

 

№ 290                                    Bakı şəhəri, 2 avqust 2016-cı il

 

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının  dərəcələri haqqında” Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12  aprel  tarixli  80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289, N 8, maddə 560; 2002, N 8, maddə 549, N 9, maddə 581, N 10, maddə 647; 2003, N 2, maddə 147, N 4, maddə 226, N 10, maddə 614, N 12, II kitab, maddə 749; 2004, N 3, maddə 196, N 4, maddə 307, N 5, maddələr 389, 390, N 9, maddə 743; 2005, N 10, maddə 980; 2006, N 4, maddə 363, N 7, maddə 652; 2007, N 5, maddə 548, N 6, maddə 700, N 11, maddə 1187; 2008, N 4, maddə 325; 2009, N 11, maddə 938; 2010, N 1, maddə 68; 2012, N 9, maddə 928; 2013, N7, maddə 871; 2014, N1, maddə 65, N2, maddə 197; 2016, N 4, maddə 823) ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. “XİF MN kod” sütununa “Qrup 74” mal mövqeyindən sonra “(7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0;

7404 00 990 0 istisna olmaqla)”  sözləri əlavə edilsin.

2. “Qrup 74” mal mövqeyindən sonra aşağıdakı məzmunda 7402 00 000 0; 7403 21 000 0; 7403 22 000 0; 7403 29 000 0; 740400 mal mövqeyinə daxil olan bütün 10 rəqəmli kodlar - 7404 00 100 0; 7404 00 910 0;

7404 00 990 0 altyarımmövqeləri əlavə edilsin:

7402 00 000 0

saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar

 

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

7403 21 000 0

mis və sink əsasında ərintilər (latun)

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

7403 22 000 0

mis və qalay əsasında ərintilər (tunc)

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

7403 29 000 0

digər mis ərintiləri (7405 mal mövqeyindəki liqaturalardan başqa)

 

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

7404 00

Mis tullantıları və qırıntıları:

 

 

 

7404 00 100 0

- saflaşdırılmış misin

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

 

- mis ərintilərinin:

 

 

 

7404 00 910 0

- -  mis və sink əsasında ərintilər (latun)

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

7404 00 990 0

- - digərləri

-

10 faiz, lakin 1000

kq-a 300 ABŞ

dollarından az

olmamaqla

 

3. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video