Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 22
№ 22 Bakı şəhəri, 28 yanvar 2016-cı il
“2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 22nömrəli qərarı ilə təsdiq edilmişdir
2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu vəqan xidmətinin inkişafına dair
TƏDBİRLƏR PROQRAMI
1.Giriş
“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına əsasən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təmin olunmasınınyaxşılaşdırılmasına imkan yaratmışdır. Belə ki, həmin Tədbirlər Proqramının həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artmışdır.
Donorluğun təbliği və təşviqi məqsədi ilə kütləvi informasiya vasitələrində qan donorluğuna dair mütəmadi olaraq məlumatlar yayımlanmış, o cümlədən idarə və təşkilatlarda 800-ə yaxın qanvermə aksiyası təşkil edilmişdir. Qan donorluğunun təşviqinə dair bukletlər, plakatlar, vərəqələr dərc olunmuş, videoçarxlarburaxılmışdır.
Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin olunması həyata keçirilmiş, bu sahədə çalışan həkimlər və orta tibb işçiləri müvafiq təlimlər keçmişlər. Bu dövrdə qan xidməti mütəxəssislərinin xarici ölkələrdə konfrans və simpoziumlarda iştirakları təmin olunmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılmışdır.
Eyni zamanda, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına ehtiyac vardır.
2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı (bundan sonra - Tədbirlər Proqramı)xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasınayönəldilmişdir.
2. Tədbirlər Proqramının məqsədi və əsas vəzifələri
2.1. Tədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasından ibarətdir.
2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tədarük edilən və istifadə olunan qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin olunması;
2.2.2. qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;
2.2.3. qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi;
2.2.4. qan xidməti və transfuziologiya sahəsində kadr hazırlığının təkmilləşdirilməsi.
3. Monitorinq və qiymətləndirmə
3.1.Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
4. Tədbirlər Proqramının maliyyələşdirilməsi
4.1.Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr
5.1. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
5.1.1. təmənnasız donorların sayının artırılması;
5.1.2. müalicə profilaktika müəssisələrinin keyfiyyətli və təhlükəsiz qan və onun komponentləri ilə daimi və optimal təmin edilməsi;
5.1.3. qan komponentlərinin qan banklarında uzunmüddətli saxlanılmasının təmin edilməsi, fövqəladə vəziyyətlər və təbii fəlakətlər zamanı toxunulmaz ehtiyatların artırılması.
6. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Fəaliyyət Planı
Sıra №-si |
Tədbirin adı |
İcraçı təşkilatlar |
İcra müddəti (illər üzrə) |
|
1 |
2 |
3 |
4 |
|
6.1. Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi |
||||
6.1.1. |
Qan xidməti müəssisələrinin maddi-texniki bazasınınmöhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi |
Səhiyyə Nazirliyi |
2016-2017 |
|
6.1.2. |
Səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının və onun regional bölmələrinin avtonəqliyyat və xüsusi avadanlıqla təmin edilməsi |
Səhiyyə Nazirliyi |
2017-2018 |
|
6.2. Qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi |
||||
6.2.1.
|
Tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların tətbiq edilməsi (qan komponentlərinin virusinaktivasiyası, donor qanının tam avtomatlaşdırılmış üsulla müayinəsi) |
Səhiyyə Nazirliyi
|
2017-2018
|
|
1 |
2 |
3 |
4 |
|
6.2.2.
|
Mərkəzi Qan Bankının regional bölmələrində donor qanının transmissiv infeksiyalara yoxlanılmasının təşkil edilməsi |
Səhiyyə Nazirliyi
|
2017-2018
|
|
6.2.3. |
Qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması məqsədi ilə Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsinin təşkili |
Səhiyyə Nazirliyi
|
2017 |
|
6.3. Qanın və qan komponentlərinin donorluğunun təbliği |
||||
6.3.1. |
Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsi |
Səhiyyə Nazirliyi |
2016-2020 |
|
6.3.2. |
Ali məktəb tələbələrinin donorluq aksiyalarına cəlb edilməsi |
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi |
2016-2020 |
|
6.3.3. |
Qanın və qan komponentlərinin donorluğuna aid kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi, təbliğat xarakterli sosial çarxların hazırlanması və onların ictimai yerlərdə yayılmasının təşkili |
Səhiyyə Nazirliyi |
2016-2020 |
|
6.3.4. |
Kütləvi informasiya vasitələri ilə qan donorluğuna dair məlumatların verilməsi
|
Səhiyyə Nazirliyi
|
2016-2020 |
|
6.3.5. |
Müntəzəm olaraq əhali arasında qan donorluğu ilə bağlı məsələlərə aid maarifləndirmə kampaniyalarının, aksiyaların və görüşlərin təşkili
|
Səhiyyə Nazirliyi |
2016-2020 |
|
6.3.6. |
Qan xidmətinin məlumat portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsi |
Səhiyyə Nazirliyi |
2016-2017 |
|
6.3.7. |
Qan donorluğuna dair seminarların və elmi konfransların təşkil edilməsi |
Səhiyyə Nazirliyi |
2016-2020 |
|
1 |
2 |
3 |
4 |
6.3.8. |
Qanın, qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması |
Səhiyyə Nazirliyi |
2016-2020 |
6.3.9. |
Qan və qan komponentlərinin donorluğuna dair Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təlimatlarının Azərbaycan dilinə tərcümə edilməsi |
Səhiyyə Nazirliyi |
2016-2020 |
6.4. Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı |
|||
6.4.1. |
Təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.) |
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi |
2016-2020 |
6.5. Kadr hazırlığı |
|||
6.5.1. |
Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) |
Səhiyyə Nazirliyi |
2016-2020 |
6.5.2. |
Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin yerli və beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi |
Səhiyyə Nazirliyi |
2016-2020 |
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!