11 May 2016 12:05
910
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 185

 

№ 185                                                Bakı şəhəri, 6 may 2016-cı il

 

“Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il  4 may tarixli 516 nömrəli Fərmanının 9.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsiQaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il6 may

tarixli 185nömrəliqərarıilə

təsdiqedilmişdir

 

Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin3.0.90-cı yarımbəndinə uyğun olaraq hazırlanmışdır və mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi qaydalarını və uyğunluğun qiymətləndirilməsinə dair ümumi tələbləri müəyyən edir.

1.2. Azərbaycan Respublikasında mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə müvafiq sertifikatın verilməsi, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş Azərbaycan RespublikasınınƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra - Xidmət) tərəfindən həyata keçirilir.

 

2. Əsas  anlayışlar

 

2.1.  Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. hüquqi və fiziki şəxslərin uyğunluğunun qiymətləndiril-məsi – mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və  fiziki şəxslərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda nəzərdə tutulmuş tələblərə uyğunluğunun müəyyən-ləşdirilməsi;

2.1.2. sertifikatlaşdırma – Xidmət tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və  fiziki şəxslərinmüvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda nəzərdə tutulmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiq edilməsi. 

2.2. Sertifikatlaşdırma özəl hüquqi və  fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi və Xidmət tərəfindən yekun qərar qəbul edilməklə sertifikat verilməsi mərhələlərindən ibarətdir.

 

3. Özəl hüquqi və  fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsi

 

3.1. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və  fiziki şəxslər Xidmətə yazılı və ya elektron formada müraciət edirlər.

3.2.Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə elektron formada müraciət edildikdə, bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə olunur, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

3.3. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

3.3.1. ərizə (1 nömrəli əlavə);

3.3.2 fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxsin isə dövlət qeydiyyatı haqqında sənədin və nizamnamə-nin surətləri; 

3.3.3. fiziki şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə alitəhsili haqqında sənədinin (sənədlərinin) surəti (surətləri);

3.3.4. fiziki şəxslərin daşınmaz əmlakın kadastrı, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi sahəsində ən azı 1 il iş stajının olmasını təsdiq edən sənəd;

3.3.5. hüquqi şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə və ən azı 3 il iş stajı olan alitəhsilli işçilərinin olmasını təsdiq edən sənəd. 

 3.4. Uyğunluğunun qiymətləndirilməsi üçün müraciət etmiş özəl hüquqi və fizikişəxslərdən göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

3.5. Sertifikatlaşdırma barədə müraciət Xidmətə təqdim edildiyi gün qeydiyyata alınır və  müraciətə 10 iş günü ərzində baxılır.

3.6. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirilənözəl hüquqi və  fiziki şəxslər tərəfindən təqdim olunmadıqda, Xidmət həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir. Sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. Belə olan halda müraciətə baxılma müddəti 30 iş günündən çox ola bilməz.

3.7. Uyğunluğun qiymətləndirilməsi zamanı ilkin olaraq özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən sənədlərin bu Qaydaların 3.3-cü bəndinin tələblərinə uyğun olması yoxlanılır.

3.8. Təqdim edilən sənədlərin həqiqiliyinə şübhə olarsa, müraciətin icra müddəti dayandırılır və 48 saat müddətində ciddi şübhəyə əsas verən halların aradan qaldırılması məqsədi ilə müraciət edən özəl hüquqi və  fiziki şəxslərə yazılı məlumat verilir.

3.9. Müraciət edən özəl hüquqi və  fiziki şəxslərtərəfindən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş elektron informasiya sistemindən əldə edilməsi mümkün olmayan sənədlərdə çatışmazlıq olduqda, 10 iş günü müddətində çatışmazlıq aradan qaldırılmalı və bu barədə yazılı və ya elektron formadaXidmətə məlumat verilməlidir. 

3.10. Uyğunluğun qiymətləndirilməsi zamanı növbəti olaraq müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri biliklərinin qiymətləndirilməsi aparılır.

3.11. Uyğunluğu qiymətləndirilənkadastr mühəndisləri aşağıdakılar barədə nəzəri və praktiki biliklərə malik olmalıdırlar:

  3.11.1. mülki hüquq və torpaq münasibətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi və digər aidiyyəti sahələri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları;

  3.11.2. torpaq sahələrinin, bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının və çöl-ölçmə işlərinin aparılmasının ümumi qaydaları;

  3.11.3. öz peşə fəaliyyətləri dairəsində tətbiq olunan məlumatların toplanılmasının, saxlanılmasının və işlənilməsininkompüter üsulları, informasiyanın qorunması, işlənilib hazırlanması və verilməsi qaydaları;

  3.11.4. öz peşə fəaliyyətlərində fotoqrammetrik üsulların və Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi;

  3.11.5. kadastr xəritələrinin tərtibi;

  3.11.6. sənaye və mülki obyektlərin həndəsi ölçülərinin geodezi monitorinqi;

  3.11.7. plan və xəritələrin hazırlanması üçün geodeziya işlərinin aparılması, müasir geodeziya alətlərinin quruluşu, onların yoxlanılması, tənzimlənməsi və istismarı üsulları;

  3.11.8. inzibati idarəçilik, inzibati prosedurlar, maliyyə ödənişləri ilə bağlı ilkin biliklər.

3.12. Uyğunluğun qiymətləndirilməsi zamanı yekun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işlərinin aparılması barədə məlumatlandırılması, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması, mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması, torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması, mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi sahəsində müraciət edən özəl hüquqi və  fiziki şəxslərin praktiki bilikləri yoxlanılır.

  3.13. Bu Qaydaların 3.11-ci bəndində qeyd edilən nəzəri və praktiki biliklərin yoxlanılması məqsədi ilə tərkibi 5 nəfərdən ibarət olan, Xidmət rəisinin əmri ilə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın tərkibinə müstəqil ekspertlərin daxil edilməsinə yol verilir. 

  3.14. Nəzəri biliklərin yoxlanılması və praktiki biliklərlə bağlı yazılı və ya elektron formada müraciət edildiyi gündən 5 iş günü müddətində komissiya müraciət edən özəl hüquqi və  fiziki şəxslərin nəzəri və praktiki biliklərinə dair rəy verir və bu rəy özəl hüquqi və  fiziki şəxslərin uyğunluğunun qiymətləndirilməsində nəzərə alınır. 

  3.15. Bu Qaydaların 3.3-cü bəndində göstərilən sənədlərin 3.4-cü bəndində nəzərdə tutulan müddətdə müraciət edən özəl hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilməməsi, həmçinin komissiya tərəfindən mənfi rəyin verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsindən imtina edilməsi üçün əsas hesab olunur.

 

4. Xidmət tərəfindən yekun qərar verilməklə sertifikatın verilməsi

 

4.1. Bu Qaydaların 3.15-ci bəndində qeyd edilən imtina üçün əsas olmadığı təqdirdə, Xidmət tərəfindən müraciət edən özəl hüquqi və  fiziki şəxslərəmərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsi barədə qərar qəbul edilir və bu barədə 48 saat ərzində müraciət edən özəl hüquqi və  fiziki şəxslərə yazılı məlumat verilir.

4.2. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sertifikat  müraciət edən hüquqi və fiziki şəxslərə təqdim edilir(2 nömrəli əlavə). 

4.3. Sertifikat sahibi sertifikatdan mərzçəkmə işlərini əhatə edən fəaliyyət sahəsinə uyğun istifadə etməlidir.

 

5. Sertifikatın qüvvədəolma müddəti, müddətin uzadılması və ləğv edilməsi

 

  5.1. Sertifikat verildiyi tarixdən 3 il müddətinə etibarlıdır.

  5.2. Sertifikatın müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadılır.

  5.3. Sertifikatın müddətinin uzadılması üçün sertifikatın müddətinin bitməsinə ən azı 1 ay qalmış sertifikat sahibi Xidmətə müraciət etməlidir.

  5.4. Sertifikatın müddətinin uzadılması barədə müraciətə (3 nömrəli əlavə) bu Qaydalara əsasən ümumi əsaslarla baxılır.

  5.5. Sertifikat aşağıdakı hallarda ləğv edilir:

  5.5.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.5.2. sertifikat verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

  5.5.3. məhkəmənin müvafiq qərarı olduqda;

  5.5.4. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs öldükdə, məhkəmənin qərarı ilə itkin düşmüş və ya ölmüş elan edildikdə;

5.5.5. fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda.

5.6. Sertifikatın ləğv edilməsi halında, qərar qəbul edildiyi andan 3 iş günü müddətində yazılı şəkildə sertifikat sahibinə məlumat verilir.

 

6.  Şikayət hüququ

 

6.1. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərin pozulmasın-dan, o cümlədən sertifikatın verilməsindən imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndiril-məsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilir.

6.2. Bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş hallarda inzibati şikayətə baxılması qaydası Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “İnzibati icraat haqqında” qanunları ilə tənzimlənir.

6.3. Uyğunluğun qiymətləndirilməsi sahəsində inzibati mübahisələrin məhkəmə qaydasında həlli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.

 

7. Sertifikatın reyestri və internet informasiya ehtiyatlarında yerləşdirilməsi

 

7.1. Sertifikatlaşdırma barədə məlumatlar Xidmət tərəfindən uyğunluğu qiymətləndirilən özəl hüquqi və  fiziki şəxslər barədə məlumat toplusu olan reyestrə daxil edilir.

7.2. Bu Qaydalar əsasında uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslərinreyestrinin aparılması qaydası Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

7.3. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslərbarədə məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, Xidmətin internet informasiya ehtiyatlarında yerləşdirilir.

7.4. Sertifikat verildikdə və ya sertifikatın qüvvədəolma müddəti uzadıldıqda, sertifikatın surəti müvafiq dövlət reyestrlərinə daxil edilməsi üçün 3 iş günü müddətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunur. Ləğv edilmiş sertifikat barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat verilir.

 

8. Məsuliyyət

 

8.1. Xidmətin vəzifəli şəxsləri bu Qaydalara uyğun olaraqsertifikatlaşdırma  mərhələlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətin dəqiqliyinə və vaxtında aparılmasına, tam və düzgün olmasına cavabdehdirlər.

 

 

 

 

“Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsiQaydaları”na

 

1 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə

 

Mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi haqqında

 

ƏRİZƏ

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi,   nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Əlaqə telefonları

 

 

Ərizənin məqsədi və icra müddəti

Uyğunluğunun qiymətləndirilməsihaqqında

 

 

 

Ərizənin icra müddəti

 

 

 

 

 

 Ərizəyə əlavə olunan sənədlər

1. “Mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsiQaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulan sənədlər.

2. Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).

3. Ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti

 

Ərizəçinin imzası  _______________                                                 

 

Tarix        _____________________

M. Y.

 

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası __________________________  

 

 

Təsdiqetmə bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 

Ərizəçinin soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Ərizəyə əlavə olunan sənədlər

 

Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası

 

İş vaxtı: 9:00 – 18:00              Fasilə: 13:00 – 14:00

 

 

 

______________________


 

 


 

 

“Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsiQaydaları”na

 

3 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə

 

Mərzçəkmə işlərini həyata keçirən hüquqi və fiziki şəxslərə (kadastr mühəndislərinə) mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı verilən sertifikatın müddətinin uzadılması haqqında

 

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Əlaqə telefonları

 

 

Ərizənin məqsədi və icra müddəti

Sertifikatın müddətinin uzadılması haqqında

 

Sertifikatın uzadılması xahiş olunan müddət

 

Ərizənin icra müddəti

 

 

 

 

 

 Ərizəyə əlavə olunan sənədlər

1. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı verilən sertifikat.

2. Ərizəçi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).

3. Ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti

 

Ərizəçinin imzası  _______________                                                 

 

Tarix        _____________________

M. Y.

 

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası __________________________  

 

 

 

 

 

Təsdiqetmə bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 

Ərizəçinin soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Ərizəyə əlavə olunan sənədlər

 

Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası

 

İş vaxtı: 9:00 – 18:00              Fasilə: 13:00 – 14:00

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video