03 Aprel 2016 01:04
837
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 133

 

№ 133                                       Bakı şəhəri, 17 mart 2016-cı il

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.8-ci və 2.10-cu bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 156; 2013, № 6, maddə 766; 2014, № 5, maddə 575; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 fevral tarixli 53 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:
1.1. 1.1-ci bəndə “Sərəncamına” sözündən sonra “(bundan sonra - Sərəncam)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:
“1.3-1. Cəmiyyətin aparatı, idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.”;
1.3. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir.”;
1.4. 3.2.14-cü yarımbənddən “bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla,” sözləri çıxarılsın;
1.5. 3.2.18-ci yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri çıxarılsın;
1.6. 3.2.21-ci, 3.2.36-cı və 3.2.46-cı yarımbəndlərdən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;
1.7. 3.2.28-ci yarımbənddən “qanunvericiliyə və” sözləri çıxarılsın;
1.8. 3.2.29-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.29. dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi;”;
1.9. 3.2.31-ci, 3.2.32-ci, 3.2.50-ci, 3.2.51-ci və 7.6.1-ci yarımbəndlərdə “bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına” sözləri “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilsin;
1.10. 3.2.43-cü, 3.2.49-cu, 8.1.5-ci yarımbəndlərdə, 11-ci hissənin adında və mətnində “tabeliyində olan” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;
1.11. aşağıdakı məzmunda 3.2.45-1-ci yarımbənd əlavə edilsin:
“3.2.45-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətlərinin həyata keçirilməsi;”;
1.12. aşağıdakı məzmunda 3.2.46-1-ci yarımbənd əlavə edilsin:
“3.2.46-1. Cəmiyyətin inkişafı üçün zəruri sərmayələrin, qabaqcıl texnika, texnologiya və avadanlıqların cəlb edilməsi, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar) birgə layihələrin həyata keçirilməsi və layihələrin təsis sənədlərinə uyğun olaraq, onların idarə olunmasının təmin edilməsi;”;
1.13. 3.2.47-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.47. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatların beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi;”;
1.14. 3.2.49-cu yarımbənddən “qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılsın;
1.15. aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. Cəmiyyətin və strukturuna daxil olan qurumlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.”;
1.16. 4.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında dəmir yolu daşımalarında göstərilən xidmətlərin tariflərinə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır.”;
1.17. aşağıdakı məzmunda 4.9-cu bənd əlavə edilsin:
“4.9. Cəmiyyətin əmlakının icarəyə verilməsindən və balansından silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.”;
1.18. 5.5-ci, 5.6-cı bəndlərdə, 7.6.7-ci, 9.3.1-ci yarımbəndlərdə “nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların” sözləri “strukturuna daxil olan qurumlarının” sözləri ilə əvəz edilsin;
1.19. 6.2-ci bənddə “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “Sərəncama uyğun olaraq” sözləri ilə əvəz edilsin;
1.20. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“7.3. İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin sədrindən, sədrin birinci müavinindən və digər dörd müavinindən, habelə “Naxçıvan Dəmir Yolları” MMC-nin direktorundan ibarətdir.”.
1.21. 7.4-cü bəndə “vəzifəyə təyin” sözlərindən sonra “və vəzifədən azad” sözləri əlavə edilsin;
1.22. aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:
“7.5-1. Cəmiyyətin sədrinin müavinləri, eyni zamanda Cəmiyyətin müvafiq qurumunun (daxili audit istisna olmaqla) rəhbəri vəzifəsini tuta bilərlər.”;
1.23. 7.6.2-ci yarımbənddən “və bununla əlaqədar bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanına mütəmadi olaraq hesabatlar təqdim edir” sözləri çıxarılsın;
1.24. 7.6.6-cı və 7.6.7-ci yarımbəndlərdə “struktur bölmələrinin” sözləri “aparatının struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;
1.25. 7.6.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“7.6.8. Cəmiyyətin perspektiv inkişaf planı və digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul edir;”;
1.26. aşağıdakı məzmunda 7.6.8-3-cü yarımbənd əlavə edilsin:
“7.6.8-3. Cəmiyyətin Nizamnaməsinə, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;”;
1.27. 7.6.9-cu yarımbənddən “qanunvericiliyə uyğun” sözləri çıxarılsın;
1.28. aşağıdakı məzmunda 7.10-cu yarımbənd əlavə edilsin:
“7.10. Cəmiyyətin İdarə Heyəti, Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş reqlamentə əsasən fəaliyyət göstərir.”;
1.29. 8.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.6. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini və bu sənədlərdə olan dəyişiklikləri təsdiq edir;”;
1.30. 8.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.7. Cəmiyyətin əmlakı barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada sərəncam verir;”;
1.31. aşağıdakı məzmunda 8.1.7-1-ci yarımbənd əlavə edilsin:
“8.1.7-1. bu Nizamnamənin 7.6.8-1-ci və 7.6.8-2-ci yarım-bəndlərinin tələbləri nəzərə alınmaqla müqavilələr bağlayır, etibarnamələr verir, banklarda (o cümlədən xarici banklarda) hesablaşma hesabı və digər hesablar açır;”;
1.32. 8.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.8. Cəmiyyətin aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində, habelə Cəmiyyətin strukturuna daxil olan qurumlarının rəhbərləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;
1.33. 8.1.9-cu yarımbəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətin strukturuna daxil olan qurumların rəhbərlərini, onların müavinlərini, habelə baş mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edir.”;
1.34. 8.1.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.10. Cəmiyyətin strukturuna daxil olan qurumlara icrası məcburi olan göstərişlər verir;”;
1.35. 8.1.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların icrasını təmin edir;”;
1.36. 8.1.12-ci yarımbəndə “göstərişlər verir” sözlərindən sonra “, daxili sənədləri təsdiq edir, həmçinin idarə heyətinin qərarlarını imzalayır” sözləri əlavə edilsin;
1.37. aşağıdakı məzmunda 8.1.12-1-ci yarımbənd əlavə edilsin:
“8.1.12-1. Cəmiyyətdə və strukturuna daxil olan qurumlarda beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;”;
1.38. 8.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.1.15. Cəmiyyətin fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərar qəbul edir;”;
1.39. 11.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“11.2.1. strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətlərini həyata keçirmək;”.
2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nun mətni aşağıdakı redaksiyada verilsin:
“1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aparatı.
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyətləri:
2.1. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. Cəmiyyətin digər törəmə cəmiyyətləri.
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr).
4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin filial və nümayəndəlikləri.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video