19 Iyul 2020 02:44
1512
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 62-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 853-cü maddənin adına "məlumatları” sözündən sonra "və sənədləri” sözləri əlavə edilsin;

1.2. 853.2-ci maddədə "məlumatın” sözü "məlumatların və sənədlərin” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; 2018, № 3, maddə 406, № 5, maddə 848; 2019, № 2, maddə 186) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 87-ci maddə üzrə:

2.1.1. 87.1-ci və 87.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"87.1. Dənizlə yük daşınması müqaviləsi daşıyıcının yükgöndərənin və ya fraxtedənin ona verdiyi və ya verəcəyi yükü haqq müqabilində olduğu yerdən təyinat limanına daşımağı və əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən, fraxtedən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində müqavilədir.

87.4. Daşıyıcı dənizlə yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat limanına daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan fiziki və ya hüquqi şəxsdir. Faktiki daşıyıcı mülkiyyət, icarə və ya istifadə hüququ ilə gəmiyə malik olan, daşıyıcının yükün daşınmasını və ya daşımanın bir hissəsini həyata keçirməyi həvalə etdiyi fiziki və ya hüquqi şəxsdir, o cümlədən daşımanın belə həyata keçirilməsinin həvalə edildiyi hər hansı bir digər fiziki və ya hüquqi şəxsdir.”;

2.1.2. 87.6-cı maddədə "müqaviləsini bağlayan, habelə daşıyıcıya yükü öz adından təhvil verən istənilən” sözləri "müqaviləsindəki daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi” sözləri ilə əvəz edilsin;

2.1.3. aşağıdakı məzmunda 87.6-1-ci maddə əlavə edilsin:

"87.6-1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin olduğu yerdən təyinat limanına daşınmasını öz adından, lakin yükgöndərənin hesabına təşkil edən şəxsdir.”;

2.2. 108-ci maddə üzrə:

2.2.1. adına "sənədlər” sözündən sonra "və məlumatlar” sözləri əlavə edilsin;

2.2.2. mətninə "Yükgöndərən” sözündən sonra "dənizlə yük daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və məlumatları, o cümlədən” sözləri və "sənədlərin” sözündən sonra ", habelə məlumatların” sözləri əlavə edilsin;

2.3. 119.1-ci maddədə "yükgöndərən və ya fraxtedən” sözləri "yükgöndərən, fraxtedən və ya yükalandan biri və ya onların səlahiyyətləndirdiyi digər şəxs” sözləri ilə əvəz edilsin;

2.4. 127-ci maddənin birinci cümləsinə "fraxtedən” sözündən sonra "və ya onların səlahiyyətləndirdiyi digər şəxs” sözləri və ikinci cümləsinə "yükalana” sözündən sonra "və ya onun səlahiyyətləndirdiyi digər şəxsə” sözləri əlavə edilsin;

2.5. 313-cü maddə üzrə:

2.5.1. adına "Daşıyıcıya” sözündən sonra "və ekspeditora” sözləri əlavə edilsin;

2.5.2. aşağıdakı məzmunda 313.4-cü maddə əlavə edilsin:

"313.4. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir.”;

2.6. 316-cı maddənin mətninə "daşıyıcıya” sözündən sonra "və ya ekspeditora” sözləri əlavə edilsin;

2.7. 317-ci maddə üzrə:

2.7.1. 317.1-ci maddəyə "Daşıyıcı” sözündən sonra "və ya ekspeditor” sözləri əlavə edilsin;

2.7.2. aşağıdakı məzmunda 317.3-cü maddə əlavə edilsin:

"317.3. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud bir ay müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.”;

2.8. aşağıdakı məzmunda 318.2.3-1-ci maddə əlavə edilsin:

"318.2.3-1. ekspeditora qarşı yaranan tələblər üzrə - iddia qaldırmaq hüququ yarandığı andan;”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video