18:29 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
ANA SƏHİFƏ / QANUNLAR
02:12 29.12.2011

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 8, maddə 750,) aşağıdakı dəyişikliklər edilsin:

1. 992-1.5-ci maddədən "və ya fiziki" sözləri çıxarılsın.

2. 992-1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"992-1.9. Aktivlərin idarə edilməsi müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.".

3. 992-1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"992-1.11. Depozitar fəaliyyət qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyətdir.".

4. 997.1-ci maddədə "mənzil sertifikatı" sözlərindən sonra ", investisiya fond payı" sözləri əlavə edilsin.

5. 1078-28.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"1078-28.1.3. aktivlərin idarə edilməsi üzrə fəaliyyət;".

6. 1078-31-ci maddədə:

6.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Aktivlərin idarə edilməsi üzrə fəaliyyət";

6.2. 1078-31.1-ci və 1078-31.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"1078-31.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.

1078-31.2. İdarəçiyə idarə edilmək üçün qiymətli kağızların, pul vəsaitlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2011-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM