21 Aprel 2020 00:21
1202
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir


Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalmalar üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

LOT 1 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

LOT 2 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınması;

LOT 3 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması;

LOT 4 - Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və Bakı şəhəri Ə.Əliyev küçəsi 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin satın alınması;

LOT 5 - Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün korporativ stil mallarının satın alınması.

Tender proseduru 21 may 2020-ci il saat 15:00-da Dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlanan şəxslər tenderdə iştirak etmək üçün Asan Ödəniş Sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi LOT üzrə 50 (əlli) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 09 iyul 2020-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 21 may 2020-ci il saat 14:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 12 may 2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı:

LOT 1: 01.10.2020-ci il tarixdən;

LOT 3: 01.07.2020-ci il tarixdən;

LOT 2, LOT 4 və LOT 5: satınalma müqaviləsi imzalandığı gündən.

Xidmətin göstərilməsi, işlərin görülməsi və malların təqdim edilməsi müddəti:

LOT 1, LOT 2, LOT 3 və LOT 5: dövri olaraq 1 il müddətində;

LOT 4: satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində.

Qiymətləndirmə meyarları:

LOT 1, LOT 2, LOT 3 və LOT 4: qiymət və texniki amillər (iş təcrübəsi, əməkdaşların peşəkarlığı və maddi-texniki baza);

LOT 5: qiymət və texniki amil (iş təcrübəsi və korporativ müştərilərin sayı).

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video