17 Iyun 2021 02:32
1864
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıda qeyd olunan işlərin alınması üçün tender üsulu ilə elektron satınalmalar keçirir:

LOT 1: Azərbaycan Respublikası Mərkəzi Bankında videomüşahidə görüntülərinin ehtiyat nüsxələrinin saxlanması, sərt disklərin yenilənməsi və əlavə təhlükəsizlik vasitələrinin quraşdırılması işlərinin satın alınması;

LOT 2: Azərbaycan Respublikası Mərkəzi Bankının Bülbül, 27 ünvanında yerləşən inzibati binasında mühafizə siqnalizasiya sisteminin alınaraq quraşdırılması işlərinin satın alınması;

Tender proseduru 19 iyul 2021-ci il  saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.

Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün “Asan ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak edəcəyi LOT üzrə 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab:  AZ74NABZ01451700000000001944 

S.W.I.F.T. BİK:  NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 01 sentyabr 2021-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

- iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- icrası nəzərdə tutulan işlər üzrə ən azı 2 (iki) sertifikatlı ştatlı əməkdaşın mövcudluğuna dair məlumat (1-ci LOT üzrə);

- iddiaçının ixtisas uyğunluğuna dair tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 16 iyul 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 08 iyul 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Malların təqdim edilməsi və işlərin görülməsi müddəti:

LOT 1: Müqavilə imzalandığı tarixdən ən geci 4 (dörd) ay ərzində.

LOT 2: Müqavilə imzalandığı tarixdən ən geci 3 (üç) ay ərzində.

Qiymətləndirmə meyarları:

LOT 1: qiymət amili və texniki amillər;

LOT 2: qiymət amili.

İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video