05 May 2014 06:05
951
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasına üzv qəbul olunmuşdur

Aprelin 27-dən mayın 1-dək İstanbulda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının (AACCEI) ikinci konqresi və Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 52-ci ildönümü münasibətilə beynəlxalq konfrans keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Avropa Konstitusiya Məhkəmələri Konfransı təşkilatına sədrlik edən Avstriya Konstitusiya Məhkəməsinin, habelə Türkiyə, Əfqanıstan, Azərbaycan, Bosniya və Hersoqovina, Bruney, Kamboca, Gürcüstan, İndoneziya, Qazaxıstan, Koreya, Malayziya, Monqolustan, Nepal, Pakistan, Fələstin, Rusiya, Tacikistan, Tailand, Özbəkistanın Konstitusiya məhkəmələrinin və Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətləri iştirak etmişlər.
Aprelin 28-də keçirilmiş iclasda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi AACCEI-yə üzv qəbul olunmuşdur. Tədbirdə Azərbaycanı təmsil edən Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova Fərhad Abdullayevin adından konqres iştirakçılarına təşəkkürünü, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinə təbriklərini çatdırmışdır.
Konqresdə insan hüquq və azadlıqlarının müdafiəsi, Konstitusiya məhkəmələri, yuxarı instansiya məhkəmələri və parlament arasında münasibətlər, konstitusiya quruluşunun və sosial hüquqların müdafiəsində Konstitusiya məhkəmələrinin rolu və s. məsələlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin və tədbirdə iştirak edən digər ölkələrin yüksək məhkəmə orqanlarının bir sıra nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Konfransın sonunda Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasına sədrlik İndoneziyaya keçmişdir. Assosiasiyanın bayrağı bu ölkənin Konstitusiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. Assosiasiyanın növbəti – üçüncü konqresinin İndoneziya Respublikasının paytaxtı Cakartada keçirilməsi barədə qərar qəbul edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video