01:25 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazaar araşdırmasının aparılması xidmətinin satın alınması məqsədilə açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:40 07.05.2021

 

LOT 1 - “Tibbi əlcəklərin istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 2 - “Elektron ticarət” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 3 - “Birdəfəlik karton istehsalı ilə bağlı daxili bazar istehlakının öyrənilməsi” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 4 - “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 5 -  “Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 6 - “Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması;

LOT 7 - “Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla, qeyd olunan açıq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) hər LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı: hər LOT üzrə 50,00 (əlli) AZN

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

 

Təşkilatın adı:           

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

VÖEN: 1603326271

Bank rekvizitləri:      

“Kapital Bank” ASC-nin Mərkəzi filialı

H/h: AZ16AIIB38060029440419716102

VÖEN: 9900003611

Kod: 200026

Müxbir hesab: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. AIIBAZ2X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 10 iyun 2021-ci il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 21 iyun 2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 iyun 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet Portalında açılacaqdır. Açıq tenderin elektron şərtlər toplusunu 07 may 2021-ci il saat 11:00-dan sonra əldə etmək olar.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM