08 Oktyabr 2021 00:29
1205
Fərmanlar
A- A+

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 853) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddən (birinci halda) və 2.0.3-cü yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilsin:

“3.0.17-1. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq,  bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək;”.

3. 3.0.19-cu yarımbənddən ismin müvafiq hallarında “(bitki sortları)” sözləri çıxarılsın, həmin yarımbənddə “sınağını keçirmək” sözləri “sınağının keçirilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 4.0.13-1-ci yarımbənd əlavə edilsin:

“4.0.13-1. beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək;”.

5. 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.1. Agentlik öz fəaliyyətini Aparatı və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.”.

6. 5.3-cü bənddə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

7. 5.5.3-cü yarımbənddə “ödənilməsi” sözü “ödənişi” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “Aparatının” sözündən sonra “və tabeliyindəki qurumların” sözləri əlavə olunsun.

8. 5.5.5-ci yarımbənddə “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi digər” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “, habelə tabeliyindəki qurumların  işçilərini (hüquqi şəxslərin isə yalnız rəhbərlərini) Nazirliklə razılaşdırmaqla” sözləri əlavə olunsun.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  7 oktyabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video