14 Aprel 2021 03:21
834
Qanunlar
A- A+

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336; Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 208-VIQD nömrəli və 18 dekabr tarixli 224-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.         9.2-ci maddənin ikinci cümləsində “Davam edən” sözləri “Uzanan” sözü ilə əvəz edilsin.

2.         18.4-cü maddədə “53.0.8-ci” sözləri “53.1.8-ci” sözləri ilə əvəz edilsin.

3.         30.1-ci maddədə “yalnız müstəsna hallarda,” sözləri “yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

4.         38.1-ci maddənin ikinci cümləsinə “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri və “qaydalarının” sözündən sonra “, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının” sözləri əlavə edilsin.

5.         38.2-ci maddədə “davam edən” sözləri “uzanan” sözü ilə əvəz edilsin.

6.         Aşağıdakı məzmunda 43.3-1-ci maddə əlavə edilsin: 

“43.3-1. Bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır.”.

7.         53.0-cı, 53.0.1 - 53.0.11-ci maddələr müvafiq olaraq 53.1-ci, 53.1.1 - 53.1.11-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 53.2-ci maddə əlavə edilsin:

“53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.”.

8.         57.5.2.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 57.5.3-cü maddə ləğv edilsin.

9.         Aşağıdakı məzmunda 57.6-cı maddə əlavə edilsin:

“57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:

57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;

57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).”.

10.       60.4-cü, 125.2.3-cü, 125.4-cü və 130.1-ci maddələrdə “57-ci maddəsində” sözləri “57.1 - 57.5-ci maddələrində” sözləri ilə əvəz edilsin.

11.       61.1.9-cu, 62.2.9-cu və 65.4.7-ci maddələrdə “əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin.

12.       81.1-ci maddəyə “ölçü cihazları” sözlərindən sonra “və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr” sözləri əlavə edilsin.

13.       81.2-ci maddədə “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri  “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

14.       96.1.1-ci maddədə “sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri “nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ” sözləri ilə əvəz edilsin.

15.       97.1-ci maddəyə “mühafizə olunan” sözlərindən və 124.5-ci maddənin birinci cümləsinə “mühafizə edilən” sözlərindən əvvəl “ən yaxın” sözləri əlavə edilsin.

16.       97.4-cü maddə üzrə:

16.1. birinci cümlədə “10 gün müddətində bu Məcəllənin 57-ci maddəsində” sözləri “20 gün müddətində bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində” sözləri ilə əvəz edilsin;

16.2.    ikinci cümlədə “saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə” sözləri “nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə” sözləri ilə əvəz edilsin.

17.       Aşağıdakı məzmunda 97.4-1-ci maddə əlavə edilsin:

“97.4-1. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur.”.

18.       102.1-ci, 124.2-ci, 125.7-ci maddələrə, 127-ci maddənin adına və 150.4-cü maddəyə “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri əlavə edilsin.

19.       104.6-cı maddədə “596.2-ci” sözləri “596.3-cü” sözləri ilə əvəz edilsin.

20.       16-cı fəslin adında  “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə” sözləri ilə əvəz edilsin.

21.       120-ci maddə üzrə:

21.1.    adına “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri əlavə edilsin;

21.2.    mətnində “348-ci” sözləri “356-cı” sözləri ilə əvəz edilsin və mətnə “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri əlavə edilsin.

22.       124.1-ci maddə üzrə:

22.1.    birinci cümləyə “hərəkəti qaydaları” sözlərindən sonra “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri əlavə edilsin;

22.2.    üçüncü cümlədə “gün” sözü “vaxtdan 3 gün müddətində” sözləri ilə əvəz edilsin.

23.       125.3-cü maddə üzrə:

23.1.    ikinci cümlədə “çatdırıldığı vaxt barədə məlumatı” sözləri “çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları” sözləri ilə əvəz edilsin;

23.2.    üçüncü cümlədə “çatdırıldığı vaxt barədə məlumat” sözləri “çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar” sözləri ilə əvəz edilsin.

24.       125.5-ci maddənin ikinci cümləsinə “yenilənməsi” sözündən sonra “, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində tərtib edilməsi” sözləri əlavə edilsin.

25.       125.6-cı maddədə “125.4 və 125.5-ci maddələrində” sözləri “125.5-ci maddəsində” sözləri ilə əvəz edilsin.

26.       126.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan  20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.”.

27.       134.1.3-cü maddədə “53-cü” sözləri “135.1.5-1-ci” sözləri ilə əvəz edilsin.

28.       Aşağıdakı məzmunda 135.1.5-1-ci maddə əlavə edilsin:

“135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması;”.

29.       146.1-ci maddədə “22.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh” sözləri “146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilsin.

30.       Aşağıdakı məzmunda 146.1-1-ci maddə əlavə edilsin:

“146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.”.

31.       327-ci maddənin “Qeyd” hissəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.”.

32.       332-ci maddənin “Qeyd” hissəsinə “Bu Məcəllənin” sözlərindən sonra “96.1.1-ci,” sözləri əlavə edilsin.

33.       342.8-ci maddədən “342.1.2,” rəqəmləri çıxarılsın.

34.       346-cı maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Şəxs bu Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.”.

35.       350.2-ci maddənin dispozisiyası aşa

ğıdakı redaksiyada verilsin:

“350.2. Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan  tətbiq olunmasına görə -”.

36.       511-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:

511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;

511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;

511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə -

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.”.

37.       596-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 596. İnzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması

596.1. Barəsində inzibati xəta haqqı

nda iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə -

vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

596.2. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə -

vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

596.3. Səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci maddəsinin müddəalarını pozmaqla, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə -

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

596.4. Bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulan siyahıya əsasən inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video