15 Iyul 2020 02:13
1240
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin

I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241,

№ 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddənin 1-ci hissəsinin "ı” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda "i” bəndi əlavə edilsin:

"i) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.”;

1.2. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasında və 38-ci maddənin 2-ci hissəsinin "i” bəndində "əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan” sözləri "əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

1.3. 16-cı maddə üzrə:

1.3.1. 1-ci hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.”;

1.3.2. 2-ci hissədə "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.4. 54-cü maddənin 1-ci hissəsinin beşinci abzasına "normalarına” sözündən sonra ", əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına” sözləri əlavə edilsin;

1.5. 66-cı maddənin ikinci abzasında "əlil olmuş” sözləri "əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 69-cu maddənin 3-cü hissəsində "təqaüdə” sözü "əmək pensiyasına” sözləri ilə əvəz edilsin;

1.7. 74-cü maddənin "Qeyd” hissəsinin ikinci cümləsində "müvafiq dərəcədən əlillik qrupu” sözləri "əlillik dərəcəsi” sözləri ilə əvəz edilsin;

1.8. 78-ci maddənin 2-ci hissəsinin altıncı abzasında "əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara” sözləri "istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.9. 79-cu maddə üzrə:

1.9.1. 1-ci hissənin yeddinci abzasında "I qrup əlil” sözləri "I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.9.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.”;

1.10. 91-ci maddənin 2-ci hissəsində "2-ci qrup əlil” sözləri "2-ci dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

1.11. 94-cü maddənin 3-cü hissəsinə və 232-ci maddənin 3-cü hissəsinin ikinci cümləsinə "əlillik,” sözündən sonra "o cümlədən” sözləri əlavə edilsin;

1.12. 98-ci maddənin 2-ci hissəsində "Əlil” sözü "Əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.13. 119-cu maddənin 2-ci hissəsində "qrupundan” sözü "dərəcəsindən” sözü ilə və "əlillərə və” sözləri "əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.14. 130-cu maddənin birinci hissəsinin "ç” bəndində "qrupundan” sözü "dərəcəsindən” sözü ilə və "əlillərə,” sözü "əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.15. 131-ci maddənin 4-cü hissəsinin "ə” bəndi aşağıdakı redaksiyada verilsin:

"ə) əlilliyi olan şəxslərin.”;

1.16. 133-cü maddənin 3-cü hissəsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

"əlilliyi olan şəxslərə;”.

Maddə 2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12 (I kitab), maddə 2271; 2018, № 5, maddə 890, № 6, maddələr 1184, 1185; 2019, № 1, maddə 34, № 3, maddə 392, № 6, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 56-cı maddənin 4-cü hissəsinin üçüncü abzasında "əlil olmuş” sözləri "iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. 92-ci maddənin 2-ci hissəsində "qocalar, əlillər üçün müəssisələrin” sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1121.3.4-cü maddədə "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

3.2. 1123.4-cü maddədə "əlilliklə,” sözündən sonra "o cümlədən” sözləri əlavə edilsin;

3.3. 1165.1-ci maddədə "qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin” sözləri "ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

3.4. 1181.1-ci maddədə "əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin” sözləri "ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 65.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar.”;

4.2. 105.2-ci maddədə "əlillik,” sözündən sonra "o cümlədən” sözləri əlavə edilsin;

4.3. 180.4-cü maddə ləğv edilsin.

Maddə 5. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380,

№ 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800, № 12, maddə 1906) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 84.2.4-cü maddədə "I qrup əlil” sözləri "I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin;

5.2. 85.1.2-ci maddədə "I qrup əlil” sözləri "I dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4 maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 8, maddə 1367, № 7, maddə 1201) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 47.4.1-ci maddədə "qrup əlillərə” sözləri "dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin və "uşaqlara” sözündən əvvəl "18 yaşınadək” sözləri əlavə edilsin;

6.2. 49.4-cü maddələrdə "qrup əlillərə” sözləri "dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

6.3. 52.2.6-cı maddədə "I qrup əlili” sözləri "I dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.

Maddə 7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 102-ci maddə üzrə:

7.1.1. 102.2.4-cü maddədə "əlillərinin” sözü "ilə əlaqədar əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.1.2. 102.3-cü maddədə "II qrup əlillərin” sözləri "II dərəcə əlilliyi olan şəxslərin” sözləri ilə, "əlillərindən” sözü "ilə əlaqədar əlilliyi olan şəxslərdən” sözləri ilə və "şəxslərin” sözü "uşaqların” sözü ilə əvəz edilsin;

7.1.3. 102.4.4-cü maddədə "I qrup əlilə” sözləri "I dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin;

7.2. 106.2-ci maddənin birinci hissəsində "Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri "Əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə, "əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri "əlilliyi olan” sözləri ilə və həmin maddənin ikinci hissəsində "əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri "əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

7.3. 199.1-ci maddədə "əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri "əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə əvəz edilsin.

Maddə 8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421; 2018, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 92.3.2-ci maddədə "lal, kor, kar” sözləri "görmə, eşitmə və nitq qabiliyyəti məhdud” sözləri ilə əvəz edilsin;

8.2. 99.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"99.3. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar.”;

8.3. 153.2.10-cu maddədə "əlillərə” sözü "əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

8.4. 229-cu maddə üzrə:

8.4.1. 229-cu maddənin adında və 229.3-cü maddədə "Lal, kar, kor” sözləri "Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan” sözləri ilə əvəz edilsin;

8.4.2. 229.1-ci maddədə "Lal, kar və ya kor” sözləri "Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan” sözləri ilə əvəz edilsin;

8.5. 233.6-cı maddədə "lal, kar, kor” sözləri "görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan” sözləri ilə əvəz edilsin.

Maddə 9. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586,

№ 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225; 2019, № 4, maddələr 570, 579, № 5, maddələr 796, 812) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 80.4-cü maddədə "ikinci qrup əlillərə” sözləri "ikinci dərəcə əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin və "uşaqlara” sözündən əvvəl "18 yaşınadək” sözləri əlavə edilsin;

9.2. 82.2-ci maddədə, 95.2-ci maddənin birinci cümləsində, 100.2-ci maddədə və 104.1-ci maddənin ikinci cümləsində "ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan” sözləri "ikinci dərəcə əlilliyi olan, sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

9.3. 91.8-ci, 99.3-cü və 120.5-ci maddələrdə "qrup” sözü "dərəcə” sözü ilə əvəz edilsin;

9.4. 175.3-cü maddədə "qrup” sözü "dərəcə” sözü ilə və "əlillər və ya qocalar evinə” sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin.

Maddə 10. Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12 (I kitab), maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705; 2018, № 1, maddə 4, № 3, maddə 389; 2019, № 1, maddə 17, № 2, maddə 180) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 17.6.19-cu maddədə "əlil” sözü "əlilliyi” sözü ilə, "qüsuru” sözü "pozuntusu” sözü ilə əvəz edilsin;

10.2. 73-1.3-cü maddədə "Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı” sözləri "Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

10.3. 104.9-cu maddənin dördüncü cümləsində "əlil” sözü "əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; 2017, № 5, maddə 732, № 7, maddə 1298, № 11, maddə 2190; 2019, № 1, maddə 14, № 3, maddə 368, № 5, maddə 814, № 8, maddə 1375) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 55.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”;

11.2. 95-ci maddədə "qocalar, əlillər üçün müəssisələrin” sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

11.3. 102.2.4-cü maddədə hər iki halda "əlil olmuş I və ya II qrup əlillər” sözləri "əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər” sözləri ilə və "qrup əlil olmuş” sözləri "dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

Maddə 12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 79.2-ci maddədə "qüsurları” sözü "pozuntuları” sözü ilə əvəz edilsin;

12.2. 80.4-cü maddədən "və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın.

Maddə 13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddə 1019, № 6, maddə 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 57.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində);”;

13.2. 62.1-ci maddənin birinci cümləsində "olmalıdır” sözündən sonra "və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir” sözləri əlavə edilsin;

13.3. 70.2.3-cü maddədə "əlillər” sözü "əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

Maddə 14. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (I kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab), maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 3.0.14-cü maddədə "qoca və əlil evləri” sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

14.2. 54.5-ci maddədə "əlil olan” sözləri "əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

14.3. 64.0.16-cı maddədə "I qrup əlil” sözləri "I dərəcə əlilliyi olan” sözləri ilə və "vətəndaşı olanlara” sözləri "vətəndaşlarına” sözü ilə əvəz edilsin;

14.4. 93.3.2-ci maddədə "qüsurları” sözü "pozuntuları” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video