19:46 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi  sərgilər çərçivəsində təbliğat mallarının idxal və ixrac üçün qablaşdırılması, gömrük, hava nəqliyyatı ilə daşınması və logistika xidmətlərinin göstərilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satın alınması üçün təkliflər sorğusu elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:20 12.08.2021

 

Təkliflər sorğusunda daşınan və quraşdırılan avadanlıqların hazırlanması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.

Təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçılar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabı

Emitent

Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

Alan:  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VÖEN: 1404365471

H/h: AZ53CTRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

Təkliflər sorğusunda iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- təklif (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);

- təklif dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- məhkumluq barədə arayış;

- yükdaşımalarla bağlı lisenziya (olduğu təqdirdə);

-  təkliflər sorğusuna dair təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;

- digər sənədlər (təkliflər sorğusunun Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

İş həcmləri aşağıdakı kimidir:

- Rusiya Federasiyasında “OTDYKH Leisure Moscow” (07-09/09/2021) sərgisi üçün yükdaşıma xidmətləri;

- “IMTM Tel-Aviv” (26-27/10/2021) sərgisi üçün yükdaşıma xidmətləri;

- İngiltərədə “WTM London” (08-09/11/2021) sərgisi üçün yükdaşıma xidmətləri;

- Qətər Dövlətində “QTM 2021” (16-19/11/2021) sərgisi üçün yükdaşıma xidmətləri;

- Çin Xalq Respublikasında “Maritime Silkroad Expo” (25-27/09/2021) sərgisi üçün yükdaşıma xidmətləri.

İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar təkliflər sorğusuna dair təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərfdə (üzərində əsli yazılmış) təqdim etməlidirlər.

Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 25 avqust 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Nizami küçəsi, 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs - Mehman Bayramov) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 avqust 2021-ci il saat 12:00-da Bakı şəhəri, Nizami küçəsi, 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM