“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsində "orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
1.2. həmin Qanunun 7.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.
2. "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 627) 2.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:
"2.4. həmin Qanunun 6.1.4-cü maddəsində "orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.5. həmin Qanunun 7.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Hesablama Palatasının və prokurorluq orqanlarının binalarına Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulması tövsiyə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2020-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!