08 Sentyabr 2021 00:49
892
ELANLAR
A- A+

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün noutbukların satın alınması məqsədilə tender elan edir

 

LOT-1. 13200 ədəd noutbukun satın alınması;

Tenderdə iştirak etmək istəyənlər 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 ünvanından (əlaqələndirici şəxs-İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər:

 

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

Sənaye filialı

Kod: 805603

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. IBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

 

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- iddiaçının peşəkarlığı və təcrübəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin Əlavə 1-nə uyğun);

- Azərbaycan Respublikasının mövcud qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş sertifikatlar (mənşə, uyğunluq və s.);

- iddiaçının 2020-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli (Əlavə 1)

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, eləcə də satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təkifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır);

- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir).

 

İcraçı malların korlanmadan və zədələnmədən, sifarişçinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 3 (üç) ay ərzində icraçı tərəfindən sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 21.09.2021-ci il saat 16:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 29.09.2021-ci il 16:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 30.09.2021-ci il saat 16:00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video