01 Iyul 2021 00:26
688
ELANLAR
A- A+

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Təhsil müəssisələrinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı açıq tender elan edir

 

Tender 3 (üç) LOT üzrə keçirilir:

LOT-1: Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;

LOT-2: Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;

LOT-3; Qəbələ rayonu, Nic qəsəbə 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar hər lot üzrə 100,0 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod:    805603

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZAZ 2X

H/h: AZ88IBAZ38030019441856517211

VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüququ statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanlarının olmasına dair rəsmi arayış;

- iddiaçının satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.

 Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satın alan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 23 iyul 2021-ci il saat 11:00-a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 02 avqust 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 03 avqust 2021-ci il saat 11:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video