01:18 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Odun yanacağının satın alınması ilə əlaqədar açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
01:03 09.05.2021

 

Tender 1 LOT üzrə keçirilir.

LOT - 1: Odun yanacağının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adıçəkilən tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs:

İmanov Şakir Kamal oğlu Məsləhətçi [email protected] 050-397-79-55

Tərtər şəhəri, Heydər Əliyev prospekti, 4

İştirak haqqı: 500 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- qeydiyyatdan keçdiyi ölkə;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- iddiaçının nizamnaməsi, rekvizitləri;

- işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyannaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. 4 faizi miqdarında müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməlidir;

- tender təklifinin təminatının məbləği təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir;

- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 60 bank günü təşkil etməlidir.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07 iyun  2021-ci il saat 14:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16 iyun 2021-ci il saat 14:00-a qədər  Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 17 iyun 2021-ci il saat 14:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM