14 Oktyabr 2011 06:10
568
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafına yönəldilən dövlət vəsaitindən istifadənin səmərəsini artırmaq və onun verilməsi mexanizmini təkmilləşdirmək  məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 775) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının, bank olmayan kredit təşkilatlarının isə - onların nizamnamə kapitallarının 100 faizinədək ola bilər.";

1.2. 3.3-cü bənddə "limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək" sözləri "Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək" sözləri ilə əvəz edilsin;

1.3. 4.2-ci bəndin üçüncü cümləsindən "onlar üçün müəyyən edilmiş limit çərçivəsində" sözləri çıxarılsın;

1.4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:

5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;

5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;

5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.";

1.5. 5.2-ci bənddə "kreditin maksimum həddi 5.000.000 manatdan" sözləri "kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan" sözləri ilə əvəz edilsin;

1.6. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

6.1.1. kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək."

1.7.  7-ci bənddə "2/3" rəqəmi "1/2" rəqəmi ilə əvəz edilsin;

1.8. 8.1-ci bəndin 2-ci abzasının üçüncü cümləsində "müvəkkil kredit təşkilatını imtiyazdan məhrum edə bilər" sözləri "müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 oktyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video