08 Oktyabr 2021 00:29
683
Fərmanlar
A- A+

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 sentyabr tarixli 1449 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.3.9.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

2. 7.3.15.3-cü yarımbəndin “Tədbirin adı”  sütunundan “o cümlədən: - Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

3. 7.3.19.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

4. 7.3.26.2-ci yarımbənd ləğv edilsin.

5. 7.3.45.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

6. 7.3.52.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

7. 7.3.56.3-cü yarımbəndin “Tədbirin adı” sütunundan “o cümlədən: - Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 oktyabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video