03:59 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli, “Azərbaycan  Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq  edilməsi barədə” 2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

ANA SƏHİFƏ / FƏRMANLAR
01:40 15.07.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 85; 2003, № 10, maddələr 546, 582; 2007, № 8, maddə 769; 2008, № 3, maddə 174, № 8, maddə 719, № 9, maddə 798; 2014, № 2, maddə 112; 2020, № 4, maddə 416) 2-ci hissəsi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 579; 2008, № 8, maddə 719, № 9, maddə 798) ilə təsdiq edilmiş “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci hissənin ikinci cümləsi çıxarılsın;

2.2. 13-cü hissədən “olmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) və ya icazə ilə” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452; 2019, № 5, maddə 816) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndindən “və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla” sözləri və “xüsusi” sözü çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə 898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 3, maddə 458; 2017, № 3, maddə 360; 2018, № 11, maddə 2278) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8.33-cü bənddən “aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla” sözləri çıxarılsın;

4.2.  9.14-cü bənddən “məhdudlaşdırmaq,” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  13 iyul 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM