06:13 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 27 iyul tarixli 164 nömrəli və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 18 iyul tarixli 996 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / FƏRMANLAR
00:52 02.02.2020


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kənd təsərrüfatı kooperasiyası haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Turizm haqqında” və "Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 733 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 426; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226; 2014, № 11, maddə 1410; 2016, № 12, maddə 2074) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab olunsun, aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. üçüncü abzasda "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin Qanunun” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"həmin Qanunun 4-1.5-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

2. "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1267) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 2.2-ci bəndlər müvafiq olaraq 2.2-ci və 2.3-cü bəndlər hesab olunsun, aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

"2.1. "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. 2.2-ci bənddə "Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri "həmin Qanunun” sözləri ilə əvəz edilsin;

2.3. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

"2.4. həmin Qanunun 5.6-cı maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2020-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM