07:53 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / FƏRMANLAR
01:03 22.08.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 1320 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 55-2.6-cı bəndə “Çevik Hərəkət Qüvvələrinin komandanı,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanı,” sözləri əlavə edilsin; 1.2. 63-cü hissəyə “Xidmətin Sahil Mühafizəsinin rəisi,” sözlərindən sonra “Çevik Hərəkət Qüvvələrinin Komandanı, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983; 2019, № 7, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin

2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə:

2.2.1. aşağıdakı məzmunda 5.3-1-ci, 5.6-1-ci və 5.6-2-ci bəndlər əlavə edilsin:

“5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;

 “5.6-1. Qubadlı Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;

5.6-2. Qazax Əlahiddə Sərhəd Diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”;”;

2.2.2. 4-1, 7-1 və 7-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV ,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 avqust 2021-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM