06 Iyun 2020 00:30
1060
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 noyabr tarixli 375 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1415; 2017, № 11, maddə 2018; 2018, № 2, maddə 218) ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəyə "orqanlarının” sözündən sonra ", Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən şəhərsalma fəaliyyətinə münasibətdə) (bundan sonra - Agentlik)” sözləri əlavə edilsin;

1.2. 3-cü hissənin adına və 3.1-ci bəndə "orqanları” sözündən sonra ", Agentlik” sözü əlavə edilsin;

1.3. 3.2-ci, 3.3-cü, 3.4-cü, 3.5-ci bəndlərə, 3.5.1-ci, 5.1.1-ci (birinci halda) və 5.1.2-ci yarımbəndlərə ismin müvafiq hallarında "orqanları” sözündən sonra ismin müvafiq hallarında "və Agentlik” sözləri əlavə edilsin;

1.4. 3.3-cü bəndə "orqanından” sözündən sonra "və Agentlikdən” sözləri əlavə edilsin;

1.5. 4.1-ci bəndə "sərhədləri daxilində” sözlərindən sonra "(Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.6. 5.1.3-cü yarımbəndin birinci cümləsinə "bölmələrinə” sözündən sonra "və Agentliyə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 540; 2017, № 4, maddə 548; 2018, № 11, maddə 2240) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sökülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.6-cı bəndə "başçısının nümayəndəliyinin” sözlərindən sonra "(Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyin nümayəndəsinin)” sözləri əlavə edilsin;

2.2. 3.9-cu bəndə "başçısının nümayəndəliyinə” sözlərindən sonra "(Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyə)” sözləri əlavə edilsin;

2.3. 4.2.8-ci yarımbənddə "aidiyyəti yerli icra hakimiyyəti orqanının” sözləri "tikintiyə icazə verən orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678, № 12 (I kitab), maddə 2594; 2019, № 4, maddə 616) ilə təsdiq edilmiş "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.17-ci bəndin birinci cümləsində "müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın” sözləri "tikintiyə icazə verən orqana (quruma) müraciətinə əsasən həmin orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

3.2. 2.18-ci bənddə "Müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri "Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.3. 2.19-cu bənddə ismin müvafiq hallarında "müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında "tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video