00:49 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:33 21.09.2021

Sönməyən işıq


00:27 21.09.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli  Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

ANA SƏHİFƏ / FƏRMANLAR
01:49 25.06.2021

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 may tarixli  1328 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:        

1.1.     5.1.1-ci yarımbənd üzrə:

1.1.1.  3-cü abzasda “böyütmüş” sözü “tərbiyə etmiş” sözləri ilə əvəz edilsin;

1.1.2.  5-ci abzas aşağıdakı redaksiyada verilsin:

 “5. ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə”;

1.2.  5.2.2-ci yarımbənd üzrə:

1.2.1.  aşağıdakı məzmunda 4-1-ci abzas əlavə edilsin:

“4-1. övladlığa götürülən uşağa, o cümlədən övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət;

1.2.2. 8-ci və 12-ci abzaslar aşağıdakı redaksiyada verilsin:

“8. yaşa görə, o cümlədən:

8.1. 5 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara

 8.2. sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara

8.3. ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə”

 “12. müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına”;

1.3. 7.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“7.9. ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)”;

1.4. aşağıdakı məzmunda 7.9-1-ci və 7.14-cü bəndlər əlavə edilsin:

“7.9-1. ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə”          

“7.14. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə”. 

2.  “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün  təsis edilməsi haqqında”  Azərbaycan    Respublikası   Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 641) 2.2-ci bəndində “xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl  AES-də  qəzanın  ləğvi  ilə  əlaqədar  səbəblərdən I qrup” sözləri “səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə  (gözdən əlilliyi olan şəxslər istisna olmaqla),  ümumi  səbəblərdən I dərəcə gözdən” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyun 2021-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM