29 Sentyabr 2012 12:09
243
PARLAMENT
A- A+

«Azərbaycan Respublikası Milli Məclisinin bələdçisi» kitabı çapdan çıxmışdır

 

Sentyabrın 28-də Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə "Azərbaycan Respublikası Milli Məclisinin bələdçisi" kitabının təqdimatı keçirilmişdir.                                   

 AzərTAc xəbər verir ki, kitabda Milli Məclisin fəaliyyəti, onun strukturu haqqında ətraflı məlumat verilir. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edərək Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafından danışmışdır. Bildirmişdir ki, enerji məsələləri ilə bağlı danışıqlar davam edir. Hər iki ölkə bu məsələdə maraqlıdır.

Azərbaycanın ABŞ üçün strateji tərəfdaş olduğunu vurğulayan diplomat demişdir ki, Şərq ölkələri,  xüsusilə də Əfqanıstan ilə  əlaqələri qurmaq üçün Azərbaycan tranzit ölkə rolunu oynayır.

Son illər Azərbaycanın diqqətə çarpacaq dərəcədə inkişaf etdiyini qeyd edən səfir ölkəmizdə sayı gündən-günə artan möhtəşəm otellərin tikintisini və işsizliyin səviyyəsinin xeyli dərəcədə azalmasını iqtisadi inkişafın göstəricisi kimi qiymətləndirmişdir.

Sonda diplomat iki ölkə arasında münasibətləri ABŞ-ın Azərbaycandakı səfiri olaraq daha da inkişaf etdirməyə çalışacağını vurğulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video