10 Dekabr 2011 02:12
467
MSK
A- A+

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydalarının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar №15/50

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli  384 №li fərmanının 3-cü bəndinə əsasən Mərkəzi Seçki Komissiyasına səlahiyyətləri daxilində qəbul etdiyi normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi tövsiyə edilmişdir.

Bununla əlaqədar müvafiq qaydaların layihəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə işçi qaydasında razılaşdırıldığından hazırlanmış layihə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməli və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanının 3-cü bəndinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydaları təsdiq edilsin.

2. Həmin qaydalar "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanının

3-cü bəndinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

09.12.2011

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video